Qobl Qarabağ konfliktinin Azərbaycanın xeyrinə həllinin Vaşinqtona sərf etdiyini söyləyib

0

Qarabağ konfliktinin həllində ciddi dəyişikliklər baş verməyib. 2019-cu ildə gözlə görünəcək dəyişikliklər olmayacaq, amma Rusiya konflikt zonasında yeni toqquşmalar üçün provokasiyaya yol verəcək ki, hər iki tərəfə kimin bu məsələdə qərar qəbul edən olduğunu xatırlatsın.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri, Avrasiya millətləri üzrə ekspert Pol Qobl deyib. Onun sözlərinə görə, Azərbaycan Moskva ilə mülayim yaxınlaşmaya cəhd edir.

O, Moskvanın Azərbaycandan nə isə ala biləcəyini anlayacağı təqdirdə Ermənistanı dərhal satacağını bildirib:

“Rusiya konfliktin tam həllini istəmir. Ona görə ki, bu halda o, İrəvan və Bakıya təsir rıçaqlarını itirəcək. ABŞ istəyir ki, problem həll olunsun, amma onun regionda konfliktin həlli üçün kifayət qədər resursu yoxdur.

İki fundamental dəyişiklik var ki, situasiyanı dəyişə bilər. Ermənistanda Moskvadan müstəqil olan yeni hökumət formalaşıb. Azərbaycan isə Moskva ilə əlaqələrini daha da dərinləşdirir. Böyük ehtimalla Paşinyanın hələlik Dağlıq Qarabağ məsələsində müstəqil hərəkət etmək üçün kifayət qədər gücü yoxdur. O, hər şeydən öncə daxili problemlərə diqqətini yönəldib. O, güclü Qarabağ lobbisinə zidd olan addımlar atmaq istəmir. Mümkündür ki, situasiya 1-2 il sonra dəyişsin. Moskva əgər İrəvanı öz mövqeyindən çəkilməyə, Dağlıq Qarabağ məsələsində güzəştlərə məcbur etsə, Azərbaycanda öz təsirini artıra bilər. Mən həmişə əmin olmuşam ki, Moskva Azərbaycandan nə isə əldə edəcəyinə əmin olsa, Ermənistanı sata bilər. Bunun yalnız bir böyük “amma”sı var. Aydın olmayan odur ki, İlham Əliyev Dağlıq Qarabağın qaytarılmasına səbəb olsa belə hər şeyi Moskvaya verməyə hazırdırmı?”.

O, Kremlin Paşinyanı sevmədiyini, amma həm də Qərbin ağuşuna buraxmaq istəmədiyini deyib.

Qobl Qarabağ konfliktinin Azərbaycanın xeyrinə həllinin Vaşinqtona sərf etdiyini söyləyib: “Əgər Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll edilsə, bu, ABŞ-a imkan verəcək ki, İranı daha çox təcrid etsin. Belə ki, Qarabağın həlli Tehranın Qafqaza siyasi təsir imkanlarının yox olması deməkdri. Moskva bunu başa düşür və buna görə də onun gerçəkləşməməsinə çalışacaq”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

four × 2 =