Qubadlı sakinləri Ali Baş Komandana və Müzəffər ordumuza MİNNƏTDARLIQ EDİRLƏR+FOTOREPORTAJ

0

QUBADLI SAKİNLƏRİ: Ali Baş Komandanın Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə bağlı  xalqa müraciətini sevinc göz yaşları və qururla qarşıladıq.

Millixəbər. az-ın əməkdaşları “Qarabağ Azərbaycandır” layihəsinə start verərək işğaldan azad olunmuş rayonlarımızın sakinləri ilə görüşərək onların arzu və diləklərini sizlərə təqdim edir.

Qubadlı Rayon Baytarlıq İdarəsinin rəisi, Qubadlı rayonu Çaytumas kənd sakini Nəcməddin Məmmədovla vətənpərvər ruhda söhbət etdik.
– Nəcməddin müəllim ,Qubadlını 27 ildir görmürsünüz, artıq görmək qismətiniz oldu. Bu nisgilə, həsrətə son qoyuldu. Vətənin azad olma xəbəri yaddaşınızda necə qaldı?

– Fürsətdən istifadə edərək ilk öncə Millixəbər. az saytı vasitəsi ilə Ali Baş Komandan cənab Prezidentimiz İlham Əliyevə demək istərdik ki, möhtərəm Prezident Sizin uğurlu siyasətinizin və qüdrətli Ordumuzun rəşadəti nəticəsində 27 illik həsrətlərə son qoyulmaqda davam edir. Sayənizdə torpaqlarımızı işğaldan azad etmək yolunda qazanılan qələbələr münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Siz başda olmaqla xalqımızı, milli ordumuzu Allah qorusun!

İnşallah sizin Ali Baş Komandanlığınızla işğal altında olan bütün torpaqlarımızdan düşmən qovulacaq və üçrəngli Bayrağımız ərazi bütövlüyü bərpa olunmuş bütün yaşayış məntəqələrimizdə dalğalanacaq.

Tam əminliklə deyə bilərik ki, Mincivandan keçəcək həmin yollar bizi Qubadlıya rahat-rahat aparacaq. Buna çox sevinirik. Bu sevinc dolu qürurun qarşısında söz acizdir. Təbii ki, bu qələbələr uğrunda şəhid olan soydaşlarımız var. Bu vətən müharibəsində Şükür Həmidov kimi igid, cəsarətli,yenilməz milli qəhrəmanımız şəhid oldu. Nə qədər kədərli olsa da, amma Qubadlını gördü, ruhu şad olsun! Yaxınlarına dərin hüzünlə başsağlığı verir, Allahdan səbir diləyirik.

Qubadlının azad olunma gününü biz Qubadlı sakinləri səbirsizliklə gözləyirdik.Şükürlər olsun ki, bu arzu, dilək reallaşdı. Belə tez görəcəyimizə ümidimiz yox idi.Bir zamanlar İnternetdə görmüşdüm ki, Qubadlıdan olan bir uşaqdan soruşurlar ki, böyüyəndə nə olmaq istəyirsən? Uşaq demişdi, böyüyəndə qubadlılı olmaq istəyirəm. Demişdilər, bəs indi haralısan? Demişdi indi Sumqayıtlıyam.
Mən sizin sayt vasitəsi ilə o uşağı ürəkdən təbrik edərək demək istəyirəm ki, əziz balamız sən qubadlılı olmaq imkanı qazandın və inşallah, Qubadlı ilə yanaşı digər işğaldan azad olunan torpaqlarımızı da görəcəksən. Mən düşünürəm ki, hər bir insan üçün həyatda bundan böyük sevinc və qürur hissi ola bilməz. İndi biz öz doğma kəndimizə el-obamıza qayıdacağıq. Orada yaşayıb yaradacağıq.Bir də Vətən həsrəti çəkməyəcəyik.

Biz bu müharibə şəraitində xalqımızın birliyinin şahidi olduq. Bizim hər birimiz vəzifəmizdən asılı olmayaraq Ali Baş Komandanımızın müsəllah əsgərləriyik.Nə qədər mümkündürsə, işğal altında olan torpaqları işğaldan azad etməliyik. Biz həmişə haqlı olmuşuq. İndi isə həm haqlı, həm də güclüyük. Haqq qalib gəlir. Həqiqət də, güc də bizim tərəfimizdədir.
Biz Qubadlı sakinlərinə,bizə qələbə sevincini bəxş etdiklərinə görə möhtərəm Cənab Prezidentimiz başda olmaqla rəşadətli ordumuza dərin təşəkkür və minnətdarlığımızı bildiririk.

Ali Baş Komandanımıza eşq olsun!
Müzəffər ordumuz var olsun!
Qarabağ Azərbaycandır!

Növbəti həmsöhbətimiz Qubadlı rayonu Şəhid Balakişi Hüseynov adına Dəmirçilər Kənd sakini və Dəmirçilər Kənd Tam Orta Məktəbinin direktoru Şahbaz Muradovdur.

Şahbaz müəllim bildiyiniz kimi 27 illik Qubadlı həsrətinə son qoyuldu.Bu 27 il ərzində pedaqoji fəaliyyət göstərməklə yanaşı məktəb direktoru kimi də fəaliyyətinizi davam etdirirsiz.Ötən dövrdə Qubadlı haqqında şagirdlərlə söhbətləriniz də yəqin ki, az olmayıb. Hər il Qubadlının işğal ildönümünü qeyd edirdiniz. Ancaq indi qürur hissi ilə danışa bilərik ki, qüdrətli Ali Baş Komandanın başçılığı və rəşadətli ordumuzun fədakarlığı nəticəsində Qubadlı şəhəri də daxil olmaqla bir neçə kəndlərimiz erməni daşnaklarından azad edilmişdir. Qubadlı zəfəri ilə bağlı xəbəri necə qarşıladınız və bu yöndə təəssüratlarınızı oxucularımızla bölüşərdiniz.

Məcburi köçkün kimi 27 ildir biz Qubadlı sakinləri Azərbaycanın ayrı-ayrı bölgələrində məskunlaşmışıq.

Bu illər ərzində vətən həsrəti ilə Qubadlıya qayıtmaq arzusu ilə yaşamışıq.

Biz Azərbaycan xalqı olaraq başqa xalqlardan olan insanlarla normal qonşuluq və əminamanlıq şəraitində yaşamışıq.Ancaq bu nankor,bədnam qonşumuz “ermənilərlə” heç bir qonşuluqdan, insanlıqdan söhbət gedə bilməz,onların  əsl niyyəti qəsbkarlıq və işğalçılıqdır.

27 ildir ki,Azərbaycan xalqı  ümid edirdi bu münaqişə sülh yolu ilə həll olunacaq.Cənab Prezidentimiz çox çalışdı ki, insan təlafatı olmadan torpaqlarımız sülh yolu ilə azad olunsun.2016-cı ilin aprel hadisəsi bir daha göstərdi ki, erməni qəsbkarları ilə sülh mümkün deyil,onlar təxribatçı əməllərindən əl çəkmirlər.

Son zamanlarda işğalçı erməni hərbi birləşmələri Tovuz rayonunda iyul hadisəsini törətdilər,onun ardınca avqustun 27-də təmas xətti boyu mövqelərimizi, sərhəd rayonlarımızda yaşayan mülki şəxslərimizi atəşə tutdular. Düşmənin bütün cəhdlərinin qarşısını əzmkar ordumuz qətiyyətlə alır,düşməni torpaqlarımızdan qovaraq çıxarır.

Ali Baş Komandanımız, cənab Prezidentin oktyabrın 24 –də verdiyi şad xəbər Qubadlı şəhərinin və digər işğal edilmiş ərazilərimizin düşməndən azad edilməsi bizi çox sevindirdi. Bu sevinci sözlə ifadə etmək çox çətindir.

Biz bu gün ruh yüksəkliyi ilə deyə bilərik ki, yenidən Qubadlıya qayıdaraq evlərimizi bərpa edəcək, təsərrüfatımızı,iqtisadiyyatımızı daha da inkişaf etdirəcəyik,övladlarımızı bilikli böyütmək üçün məktəblər tikərək Azərbaycan təhsilinə töhvələr verəcəyik.

Bir daha demək istərdim ki, Qubadlı sakinlərinə qürur dolu sevinc bəxş etdiyi üçün cənab Prezidentimiz başda olmaqla fədakar ordumuza, əsgər və zabitlərimizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Vətən uğrunda dünyasını dəyişən şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralananlarımıza şəfa diləyirik.

Yaşasın Ali Baş Komandan, yaşasın Azərbaycan ordusu!

QARABAĞ BİZİMDİR!

QARABAĞ AZƏRBAYCANDIR!

Digər müsahibimiz Qubadlı rayonu Sarıyataq kənd sakini, Sarıyataq kənd İcra nümayəndəsi,birinci Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup Qarabağ əlili Mehman Məmmədovdur.

Mehman müəllim ilk öncə Qubadlı şəhəri daxil olmaqla digər düşmən istilasından azad olunan torpaqlarımızın alınması münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirik.Görürük ki, sevincinizin həddi-hüdudu yoxdur.27 illik həsrətə son qoyuldu və artıq Qubadlıya qayıdacaqsınız,vətənin azad olunma xəbərini necə qarşıladınız?
İstərdik ətraflı özünüz danışasınız.

Bildiyiniz kimi biz 27 ildir ki, erməni vandallarının işğalçı siyasətinin nəticəsində öz doğma tarpaqlarımızdan çıxaraq məcburi köçkün düşmüşük. Hər il torpaqlarımızın işğal ildönümünü dərin hüznlə qeyd edirdik. Sentyabrın 27-də başlanan əks hücum əməliyyatı nəticəsində erməni işğalçıları tərəfindən işğal edilmiş bir neçə rayon, kənd və qəsəbələrimiz azad edilmişdir.Bunların sırasında Qubadlı şəhəri və bir sıra kəndlərinin də işğalçılardan azad edilməsi ilə bağlı Ali Baş Komandanın xalqa müraciətini sevinc göz yaşları və qururla qarşıladıq.

Biz çox şanslı xalqıq ki, bizim belə cəsarətli,savadlı,hərtərəfli biliyə malik, diplomatik təcrübəli dövlət başçımız Prezidentimiz var, müzəffər ordumuz var, qeyrətli, hünərli əsgər və zabitlərimiz var.

Allah Ali Baş Komandanımız və fədakar ordumuzu qorusun!

Bu qələbə sevincini bizə və xalqımıza yaşatdıqlarına görə kəndimiz adından cənab Prezidentə və milli ordumuzun və əsgər zabitlərinə  dərin minnətdarlığımızı bildiririk.

 

Müsahibələrimin birində demişdim ki, mən Sarıyataq kəndinə gedib qəbristanlıqda qardaşımı ziyarət etmək istəyirəm.Şükürlər olsun ki, kəndimiz işğaldan azad olundu, indi qururla gedib qardaşımı ziyarət edə biləcəm.Zamin müəllim, bu qələbə xəbərini sözlə dilə gətirmək çox çətindir.Dünyada bundan gözəl hiss yoxdur.Vətənin hər qarışı, daşı müqəddəsdir.

Arzu edirəm ki, işğal altında olan digər rayonlarımız da azad edilsin, orada tarixən qurub-yaradan, yaşayan həmvətənlərimiz də öz doğma yurd-yuvalarına qayıtsınlar.

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizə uca yaradan Allahdan rəhmət diləyir, yaralılarımıza isə tezliklə şəfa taparaq sağalmalarını arzu edirik.

Yaşasın Azəbaycan, yaşasın möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev, yaşasın qüdrətli Azərbaycan ordusu!

QARABAĞ AZƏRBAYCANDIR!

Millixəbər.az: Zamin Zeynal, Nicat Abbas

 

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

3 × two =