Rənglərin də öz səsi var…

0

Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.

Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları belə, cızırlar. Musiqi kimi, rəsm də duyğuların cilalanmış həm portreti, həm də mənzərəsidir…

Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Rəssamın emalatxanasında, sözün əsl mənasında, özünü fantastik bir dünyada hiss edirsən. Burada duyğuların hələ açılmamış sirləri də var, dərin məna və məzmun kəsb edən, tamaşaçılarını heyran qoyan tablolar da. Rənglər burada gah kələf kimi dolaşır, gah da qaynayıb-qarışaraq politrada min çalarlı əlvan bir dünya yaradır. Rəssamın düşüncə tərzini inkişaf etdirən çox hallarda məhz ilham qaynağı olur. Rəssamlıq da incəsənətin digər növləri kimi, daha geniş auditoriyanın marağını özünə çəkir və məkanını genişləndirirdi. Klassik sənət cərəyanının intibah dövründən başlayaraq bu günə qədər dəbdən düşməməsi, yeniliklərin əlavə edilməsi də onun uzunömürlülüyünə xidmət edir. İnanmıram hansısa müəllif desin ki, o, istədiyi obrazı yaradıb. Əgər doğrudan da, sənətkar arzuladığı obrazı yaradıbsa, demək, artıq o, tükənib…

Yaradıcı insanların təbiəti sevmələri və daha çox gözəl, göz oxşayan mənzərələri vəsf etməsi təsadüfi deyil. Təbiət özü yaradıcılıq üçün geniş məkandır. Mövzu üçün isə məkan əsas şərtdir. Hər bir rəssamın daxili aləmi və məqsədi onun yaradıcılığındakı cərəyan xəttidir. Hər hansı əsərin yaranmasında ilham qaynağı olmalıdır. Rənglərin palitrada qarışdırılması belə, rəssam üçün ilham pərisinə çevrilə bilər. Rəssam sənət əsərini çəkərkən birinci onun xasiyytini tutmalıdı və yaratdığı sənət əsərini düşünüb, sevməlidi. Rəssam olmaq üçün insan gərək böyük intlektə, mədəniyyətə və biliyə malik bir insan olsun ki, o öz düşüncələrini baxıcıya çatıra bilsin. Baxıcı onda onu dərk edə bilər…

Rənglər dünyasının politrasından həzin muğam, təsnif, eləcə də hər hansı musiqi janrı çərçivəsinə sığmayan melodiya da duymaq olurdu. Demə, rənglərin də öz səsi, öz nəğməsi var…

Əziz oxucu “Rənglərin də səsi var…” məqaləsində gənc Sumqayıtlı rəssam İntiqam Cəfərovun cəkdiyi əsərlərdən istifadə etdiyimiz ücün istedadlı rəssama öz təşəkkürümüzü bildiririk.

Millixəbər.az

Yeganə Telmanqızı

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

five × one =