Rəşad Cəbrayılov:”Mehriban xanımın hərtərəfli fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir”

0

“Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”

                               Mehriban Əliyeva

Bu gün Azərbaycan qadının gözəlliyini, nəcibliyini, mübarizliyini və dünya görüşünü Azərbaycanın Birinici xanımı Mehriban Əliyeva özündə təcəssüm etdirir. Birinci xanımın istər mədəniyyət, istərsə də elm və təhsil sahələrinə ayırdığı diqqət və qayğısı Azərbaycan qadınının daxili dünyasının zənginliyi, elmi təfəkkürünün aliliyi və mərdliyindən xəbər verir. Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Mehriban Əliyeva özünəxas nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərləri ucuzlaşdıran mənfi meyillərə qarşı barışmaz mövqe tutur, insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsləri ilə həm də sivilizasiyalararası dialoq prosesinə öz töhfəsini verir. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı ciddi elmi əsaslara söykənir. Buna görə də Mehriban xanımın hərtərəfli fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanda birinci xanım institutu faktiki olaraq İlham Əliyev Prezident seçildikdən sonra formalaşıb. Dövlət başçısının xanımı Mehriban Əliyeva uzun illərdir ki, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, çiynini sosial problemlərin yükü altına verir, bir çox qlobal tədbirlərin təşkilatçılığını cəsarətlə üzərinə götürür. Biz onu hadisələrin mərkəzində, insanların arasında görməyə adət etmişik. Mehriban Əliyevanın birinci xanım missiyasına yanaşması onun təbiətindən və xarakterindən doğan bir yanaşmadır. O, həyatının mənasını Vətənə, xalqa və insanlara xidmətdə görür. Mehriban xanımın təşəbbüsü, dəstəyi ilə həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələr böyük rezonans doğurur. Təhsil, səhiyyə, mədəniyyət sahəsində müxtəlif layihələrin reallaşdırılması bu sahələrin inkişafına misilsiz töhfələr verir. Ötən müddətdə onun dəstəyi ilə yüzlərlə məktəb, xəstəxana tikilib. Saysız-hesabsız xeyriyyəçilik tədbirləri isə onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunu şəfqət və mərhəmət ünvanına çevirib.

Rəşad Cəbrayılov,

YAP Salyan rayon təşkilatının sədiri

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

10 − 7 =