Rəşad Rzayev: Milli Məclisdə dövlət və seçicilərim arasında körpü olacağam!

0

9 saylı Binəqədi ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə Deputatlığa namizəd Rzayev Rəşad Rafiq oğlunun Seçki platforması.

Yenilənən Milli Məclisdə dövlət və seçicilərim arasında körpü olacağam!

İşğal olunmuş ərazilərimizlə bağlı mövcud durumu ön planda tutacağam!

Erməni terrorizminin ifşası üçün təbliğatın gücləndirilməsinə və beynəlxalq təşkilatların diqqətinin bu sahəyə yönəlməsinə çalışacağam !

Şəhid və qazi ailələrinin vəziyyətini daim gündəmdə saxlamağa çalışacağam!

Seçicilərim üçün yeni iş imkanları və biznes fürsətlərinin yaradılması naminə təşəbbüslərlə çıxış edəcəyəm!

Gənclərimizin təhsil imkanlarını və məşğulluq səviyyəsini qaldırmağa çalışacağam!

Seçicilərimin keyfiyyətli tibbi xidmətdən faydalanmasına, xüsusilə şəkərli diabet xəstələrinə diqqətin artırılmasına çalışacağam!

Qadın və uşaq hüquqlarının müdafiəçisi olacağam!

İdmançı gənclərə xüsusi diqqət göstərilməsi, yeni idman qurğularının qurulması, xüsusilə də idman zallarının tikilməsinə çalışacağam !

Təqaüdçülərin, tələbələrin və şagirdlərin ictimai nəqliyyat vasitələrindən güzəştli istifadəsi üçün xüsusi kartların hazırlanmasına təşəbbüs göstərəcəyəm!

Gənclərin asudə vaxtının səmərəli təşkili və onların ziyanlı vərdişlərdən uzaq tutulması üçün yeni klubların və təşkilatların yaradılmasına səy göstərəcəyəm !

Təmsil etdiyim rayonun əhalisinin elektrik enerjisi, su və qazla etibarlı təminatını, qazanxanaların bərpasını diqqət mərkəzində saxlayaraq, müvafiq dövlət qurumlarının diqqətini bu sahəyə yönəldəcəyəm !

Məhəllədaxili yolların abadlaşdırılması, küçələrin işıqlandırılması məsələlərini müvafiq icra nümayəndələri və bələdiyyələr vasitəsi ilə həll edəcəyəm !

M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Ramiz Abıyev parkının abadlaşdırılmasına çalışacaq və onun ərazisində yerləşən kinoteatrda yenidənqurma işləri aparılaraq, nəzdində “Gənclər evi” yaradılması məsələsini Gənclər və İdman Nazirliyi ilə birlikdə təmin edəcəyəm !

Bir neft ölkəsi kimi, avtomobili olan vətəndaşlara dövlət tərəfindən hədiyyə olaraq, müəyyən həcmdə benzin verilməsi məsələsini irəli sürəcəyəm!

Köməyə ehtiyacı olan kimsəsiz və tənha insanların həyat şəraitinin yaxşılaşdırılması üçün əlimdən gələni əsirgəməyəcəyəm !

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

seven − 6 =