Rəsulzadəni təhqir edən deputatla bağlı qərar qəbul edildi

0

2Deputat iddiaları qəbul etmir.

Bu gün Gəncə şəhəri, Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının Milli Məclisin deputatı Naqif Həmzəyevə qarşı qaldırdığı iddia üzrə məhkəmənin növbəti iclası keçirilib.

Millixəbər.az  xəbər verir ki, bu barədə “Report“a Müsavat Partiyasının hüquqlarını müdafiə edən vəkil Nemət Kərimli məlumat verib.

O bildirib ki, hakim Akif Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, iddia təmin edilməyib.

Qeyd edək ki, Müsavat Partiyası N.Həmzəyevi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə haqda fikirlərinə görə məhkəməyə verib. Partiya deputatın Rəsulzadəni təhqir etdiyini bildirib.

Deputat isə bu iddiaları qəbul etmir.

Partiya məhkəmədən deputatın ölkə mətbuatında Azərbaycan xalqından və M.Ə.Rəsulzadənin ailə üzvlərindən üzr istəməsi barədə qətnamə çıxarılmasını istəyib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

two × 2 =