Rafael Ağayev “Ən Yaxşıların Ən Yaxşısı” oldu – FOTO

0

Karate üzrə beşqat dünya çempionumuz Rafael Ağayev Fransanın paytaxtı Parisdə mükafatlandırılıb.

Millixəbər.az Oxu.az-a istinadən xəbər verir ki, o, ötən il göstərdiyi nəticələrə görə “Ən Yaxşıların Ən Yaxşısı” (Best of the Best) mükafatına layiq görülüb.

Ondan başqa bu mükafat 12 karateçiyə verilib. Bunlar Türkiyədən Serap ÖzçəlikUğur AktaşBurak UyqurEray Şamdan, Fransadan Qvendolin FilipAlize Aqye, Yaponiyadan Ryo KiyunaAyumi Uekusa, İspaniyadan Sandra Sançes, İtaliyadan Sara Kardin və Almaniyadan Yonatan Hornedir. Onlara mükafatı Yaponiyanın Fransadakı səfiri Masato Kitera təqdim edib. Dünya Karate Federasiyasının ispaniyalı prezidenti Antonio Espinos və həmin qurumun yaponiyalı baş katibi Toshihisa Naqura da mükafatlandırma mərasimində iştirak ediblər.

Onu da bildirək ki, bu iştirakçılardan sözügedən mükafat yalnız Rafaelə tanışdır. Digər 11 iştirakçı ilk dəfə bu mükafata layiq görülüb.

Bundan sonra mövsümün ilk yarışı olan Paris Premyer Liqasında final görüşləri keçirilib. Yeganə finalçımız olan Rafael Ağayev (-75 kq) finalda dəfələrlə üzləşdiyi yaponiyalı Ken Nishimura ilə qarşılaşıb. Keçən il bu turnirin finalında 1:2 hesabı ilə bu rəqibinə uduzmuş Rafael hakimlərin haqsız qərarı ilə yenə rəqibinə məğlub olub – 0:1.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eleven + sixteen =