Ramil Usubov həbs edilən polkovniki 6 ay öncə işdən çıxarıb

0

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidməti mediada polis rəisinin həbs edilməsi barədə yazılan xəbərlərə münasibət bildirib.

Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, polis baş leytenantı Natiq Cavadov Modern.az-a deyib ki,  qeyd edilən yazılarda adıçəkilən Fərhad Məmmədxanov daxili işlər orqanlarının əməkdaşı deyil:

“Həmin xəbərlərdə polis polkovniki kimi təqdim edilən Fərhad Məmmədxanovun daxili işlər orqanlarında xidmət etdiyi müddətdə son rütbəsi polis polkovnik-leytenantı olub”.

DİN rəmisi bildirib ki, həmin şəxs təxminən 6 ay əvvəl  – bu il iyunun 16-da barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən, nazir Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

sixteen + 1 =