Ramiz Məmmədov: Dünyanın hər yerində olduğu kimi bizdə də müşahidə olunur-foto

0

AMEA-nın akademiki H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Millixəbər.az-a müsahibə verib.

Son bir neçə ildə iqlimdə kəskin istiləşmənin olduğunu iddia edirlər. Buna münasibətiniz necədir?

– Bəli, əvvəlki illərə nisbətən iqlimdə kəskin istiləşmə müşahidə olunur. Bunula bağlı ilk dəfə 1960-cı ildə rus alimi iddia irəli sürdü. Lakin onun sözünə heç kim əhəmiyyət vermədi. Uzun müddətdən sonra tədqiqatlar aparıldı və həmin alimin sözü təsdiqləndi. Hətta ona mükafat da verildi. Beləliklə, aparılan tədqiqatlar zamanı məlum oldu ki, hal-hazırda iqlimdə 1-1.5 dərəcə temperatur artımı müşahidə olunur.

– Bəs bu istiləşmə nə ilə əlaqədardır?

– Bunun başlıca səbəbi atmosferdə karbon qazının çoxalmasıdır. Çoxalmanın səbəbi isə dünyada əvvəlki illərə nisbətən sənayenin sürətlə inkişaf etməsidir. Böyük sənayə şəhərlərinin sürətlə inkişaf etməsi atmosferdə karbon qazının artmasına səbəb olur.

– Qlobal istiləşmənin ölkəmiz üçün bir təhlükəli tərəfi varmı?

-Dünyanın hər yerində olduğu kimi bizdə də istiləşmə müşahidə olunur. Amma əraziyə görə istiləşmənin dərəcəsi də dəyişir. Ən çox müşahidə olunan ərazilər böyük və kiçik Qafqazın müəyyən hissərləri və Aran zonasıdır.

– Bayaq qlobla iqlim dəyişikləri barədə alimlərin gəldiyi qərardan danışdıq. Ümumilikdə həmin protokolda hansı məsələlər öz əksini tapır?

– Həmin protokolda bir çox məsələlər öz əksini tapır. Məsələn, yayda hətta qar yağma ehtimalı olduğu da deyilir. Bunun bariz nümünəsi kimi keçən il yayda Qubaya qar yağdığını göstərmək olar. Bundan başqa, eyni fəsildə müxtəlif xassəli təbiət hadisələrinim özünü göstərməyi gözlənilir.

Zamin Zeynal

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three × 1 =