Rasim Balayev “Yalandır, 160 manat pensiya alıram”

0

“Rasim Balayev ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiya, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər alır. Bundan əlavə reklam və seriallara da çəkilir, istədiyi qonorarı ala bilir. Buna baxmayaraq, Rasim Balayev istənilən vaxt qurumumuza müraciət edərsə, ona köməklik göstərməyə hazırıq”.

Bunu  ötən gün Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xalq artisti Rasim Balayevlə bağlı açıqlamasında bildirib.

Xalq artisti Rasim Balayev isə Modern.az-a deyib ki, həmin fikirlərin hamısı yalandır:

“Mənim şəxsi pensiyam çox azdır, yəni 150-160 manat alıram.

Bilirsiniz, onlar həmişə məni dövlətli bilirlər, qoy elə də bilsinlər. Eyni zamanda, onlar həmişə mənə altdan yuxarı baxırlar. Orada qeyd edilib ki, guya mənimlə əlaqə yaradıblar. Halbuki, mən  heç Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü də deyiləm və azad bir adamam. Mənim 2400 manatdan çox pul qazanmağım məsələsi tamamilə yalandır”.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının aktyorla bağlı yaydığı açıqlamasında qeyd olunurdu ki, qurumun rəhbəri Şəfiqə Məmmədovanın göstərişi ilə xalq artisti ilə əlaqə saxlanılıb və onun vəziyyəti ilə maraqlanıb.

Xatırladaq ki, Rasim Balayev bir neçə gün öncə maddi sıxıntılarından bəhs edərkən dərman almaqda çətinlik çəkdiyini bildirmişdi. Xalq artisti, deputat Zeynəb Xanlarova isə bu məsələni parlamentdə qaldıraraq, aidiyyəti nazirlikləri aktyora kömək etməyə çağırmışdı.

Azərbaycan Kinematoqrafçılar İttifaqı mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Modern.az-la əlaqə saxlayaraq, Xalq artisti Rasim Balayevi qınayıb.

“Biz Rasim müəllimin dövlətdən aldığı vəsaitin məbləğini havadan götürməmişik. Necə ola bilər ki, 50 illik stajı olan Xalq artisti 150-160 manat pensiya alsın? Axı pensiyanın sosial bazası elə 130 manatdır. Prezident təqaüdünün məbləği 1000 manat təşkil edir. Danışanda gərək məntiqlə danışasan… Çəkilişlərdən də müəyyən qədər gəliri olur.

Bizim ittifaqın katibi rəhbərliyin göstərişi ilə Rasim Balayevə zəng edib, hal-əhval tutub, vəziyyətilə maraqlanıb. Baxmayaraq ki, o, Azərbaycan Kinematoqrafçılar İttifaqı üzvü deyil, amma sıradan bir aktyor da deyil axı… İndi durub deyir ona zəng olunmayıb. Lazım gəlsə, bunu sübut da edə bilərik… Rasim Balayev hər dəfə jurnalistlərə bir cür danışır…”.

Millixəbər.az 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one + 9 =