Resbublikanın Əməkdar müəllimi ZAMİN ZEYNALI TƏBRİK ETDİ-35+1

0

Bu gün Millixəbər.az informasiya portalının rəhbəri, YAP İmişli təşkilatının siyasi şura üzvi, YAP İmişli rayon Gənclər Birliyinin sədir müavini, ictimai-siyasi fəal Azərbaycan gənci Zamin Zeynalın 35 yaşı tamam oldu.

Portalımızın rəhbərini təbrik edən tanınmışlar sərasında resbublikanın Əməkdar müəllimi, yazıçı-publisist Səxavət Tağların təbrikini Millixəbər.az ailəsi böyük diqqət və sayğı ilə qarşıladı.

DƏYƏRLİ AZƏRBAYCAN ZİYALISININ STATUSUNU SİZLƏRƏ TƏQDİM EDİRİK!

ƏZİZ DOSTUM,ZAMİN ZEYNAL ! Sizi yeni yaşınız münasubətilə ürəkdən təbrik edirik. Yaşınız, gününüz mübarək!
… Zamin müəllim, Siz bir gənc kimi jurnalistkamızın, sağlam Azərbaycan gəncliyinin, hakim Yeni Azərbaycan Partiyasının gənclər təşkilatının ən gözəl və parlaq nümayəndələrindən birisiniz. Hər zaman müsahibə, çıxış və yazılarınızda öyrənmək, nümunə olmaq, həyatı, məşğul olduğun peşəni sevmək, Vətənpərvərlik, sədaqətlilik, dostcanlılıq təlqin olunur.
Təsisçisi və baş pedaktoru olduğunuz Millixəbər.az İnformasiya Portalı hamımız tərəfindən izlənən və sevilən mətbat nümunəsidir. Nə gözəl ki, Sizin rəhbərlik etdiyiniz sosial mətbuat öz aktivliyi, mövzu rəngarəngliyi, iqtisadiyyatımızın müxtəlif sahələrini əhatə etməsi, elm, mədəniyyət, ədəbiyyat, incəsənət və təhsil sahəsinə aid maraqlı yazılar verməsi ilə yaddaqalandır. Portalınızın Azərbaycan xəbərlərini ən operativ, maraqlı və təzadsız, peşəkarlıqla əldə etməsi, emal edib tam fərqlı şəkildə oxucuya çatdırması həmişə diqqətimizdədir.
Dəyərli Zamin müəllim, bu əziz gününüzdə, şad gününüzdə arzu və istəklərimiz Sizinlədir! Ulu Tanrı Sizi, ailə üzvlərinizi, sevənlərinizi və Millixəbər.az ailəsini qorusun!
Yeni yaş həyatda və peşə fəaliyyətində Sizə tükənməz uğurlar gətirsin!
İnformasiya Portalınızda region ədəbiyyatının nüməyəndəsi olan dostunuza tez-tez yer ayırmaq, ədəbi nümunələrini və pedaqoji düşüncələrini vermək istəyilə:


Hörmətlə: SƏXAVƏT TAĞLAR- resbublikanın Əməkdar müəllimi, yazıçı-publisist.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

twenty − 6 =