Roza Məmmədova : Azərbaycana vurduğu ziyanlara görə işğalçı “Ermənistan” təzminat ödəməlidir

0

Vətənpərvərlik ruhunda hər birimiz səfərbərlik nümayiş etdirərək tarixi zəfəri qazandıq

Qazanılan qələbə Prezident İlham Əliyevini hakimiyyəti illərində formalaşdırdğı yaradıcı, dinamik, enerjili, yüksək milli ruhlu Azərbaycan cəmiyyətinin kin, küdurət, qısqanclıq hissləri içərisində boğulan və yaradıcılığın nə olduğunu bilməyən erməni cəmiyyəti üzərində öldürücü qələbəsidir bu fikirləri Millixəbər.az-a müsahibəsində Masazır kənd 4 №li tam orta məktəbin direktoru Roza Məmmədova deyib.

Roza xanım 44 günlük Vətən müharibəsində tarixi qələbəmizi necə şərh edərdiniz?

Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi.

Ermənistanın “turançılıq”, “pantürkizm” və “yeni osmançılıq” barədə uydurmaları da darmadağın edildi. Azərbaycanın haqq işinin Türkiyə tərəfindən müdafiə edilməsinin ermənilər tərəfindən “turançılıq”, “pantürkizm” və “yeni osmançılıq” kimi qələmə verilməsinə dair iyrənc təbliğat da puça çıxdı. Ermənistan baş nazirinin Avropa ölkələrinə müraciətlə “erməniləri Türkiyədən müdafiə etmirsiniz, o zaman az vaxt keçər Türkiyəni yenidən Vyana qapılarında görərsiniz” kimi boş və mənasız sözlərinə daha kimsə inanmadı. Türkiyənin Azərbaycan dövlətinin yanında olması haqq-ədalətin və beynəlxalq hüququn yanında olması demək idi.

Cənab Ali Baş Komandanın Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiətinə faktlarla çatdırması hansı nəticələrə yol açdı?

Təbii ki, bu uğurlarımızda Azərbaycanın 30 ilə yaxın müddətdə bütün təzyiqlərə baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz mövqeyinin, müstəqil siyasətinin rolu böyükdür. Qətiyyətli siyasi iradə nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev öz prinsipial mövqeyindən dönmədi. 44 gündə xarici mətbuata 30-a yaxın müsahibələrinin hər birində münaqişənin əsl mahiyyətini, dünyanın ikili standartlar əsasında yanaşmasının yaratdığı problemləri, Ermənistanın işğalçılıq və faşist siyasətini faktlar əsasında bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıran cənab İlham Əliyev jurnalistlərin dəfələrlə səsləndirdiyi ittiham dolu, qərəzli, Ermənistana dəstəkdən irəli gələn suallarını təmkinlə cavablandıraraq onlara güzgüyə baxmağı tövsiyə etdi.

Bədnam qonşumuz erməni qəsbkarları tarixən torpqlarımıza göz dikmiş, işğal etdikləri şəhərlərimizi,məscid və mədəniyyət ocaqlarımızı məhv etmişlər sizcə insanlığa sığmayan bu və ya digər xalqıımıza qarşı törətdikləri cinayət əməllərinə görə onları hansı hüquqi məsuliyyət gözləyir?

Azərbaycana qarşı müharibə cinayətləri törədərək vurduğu ziyanlara görə işğalçı ölkə Ermənistan təzminat ödəməlidir. 30 il ərzində İrəvan Azərbaycan ərazilərini, şəhər, kənd və qəsəbələri dağıdıb, təbii sərvətləri talayıb sataraq gəlirlər əldə edib, hərbi əməliyyatların gedişindən uzaqda yerləşən Gəncə və Bərdədə, eyni zamanda, Tərtər və başqa rayonlarda mülki əhalini qətlə yetirib, soyqırımı törədib və mülki infrastruktura ağır ziyan vurub. Azərbaycan hökuməti 30 il ərzində məcburi köçkünlərin saxlanılması üçün külli miqdarda vəsait xərcləyib, torpaqları azad etməkdən ötrü apardığı müharibədə məsrəflər çəkib. Ermənistan yüz minlərlə azərbaycanlıya mənəvi ziyan vurub. Təzminat davasının açılması, Ermənistanın boynuna boyunduğuruğun salınması təkcə haqq-ədalətin bərpası, beynəlxalq hüquq baxımından deyil, həm də gələcək nəsillər üçün lazımdır.

Onu da qeyd edim ki, 44 günlük Vətən Müharibəsi dövründə cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında Azərbaycanın bütün ərazilərində yaşayan soydaşlarımız sözün əsil mənasında birlik və həmrəylik nümayiş etdirdilər. Bu cür milli və vətənpərvərlik əhəmiyyətli təşəbbülərində Abşeron rayonu da fəal iştirak etmişdir.
Eyni zamanda bildirmək istərdim ki, bu prosesdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı hörmətli İradə xanım Gülmmədova, Rayon Təhsil Şöbəsinin müdiri Nazilə xanım Məmmədova tərəfindən  əsgər və zabitlərimizə diqqət və qayğı ilə yanaşaraq biz təhsil işçilərinin ön cəbhəyə getməyi üçün hər cür imkanlar yaradırdılar.
Beləki, 44 günlük Qarabağ müharibəsi dövründə Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədovanın rəhbərliyi altında birlik nümayiş etdirərək Füzuli rayonu istiqamətində torpaqlarımızı göz-bəbəyi kimi qoruyan əsgər və zabitlərimizə isti corab, yorğan-döşək və zəruri ərzaq və lazımı ləvəzimatlar apararaq mənəvi təsəlli tapırdıq. Qaynar döyüş dövründə bu cür səfərlərin nə qədər çətin olmasına baxmayaraq milli, vətənpərvərlik ruhunda hər birimiz vəzifəmizdən və peşəmizdən asılı olmayaraq səfərbərlik nümayiş etdirərək tarixi zəfəri qazandıq.

Millixəbər.az 


 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × two =