Səbaildə narkotika ilə bağlı tədbir keçirildi

0

Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Səbailli gənclər “Ağ ölümə” yox deyir!” mövzusunda tədbir keçirilib.

İH-dən Millixəbər.az-a  daxil olan xəbərə görə, Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinin, Dövlət Komissiyası İşçi Qrupunun, ağsaqqalların, pedaqoji işçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndəlrinin, orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbiri 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova açaraq qonaqları və tədbir iştrakçılarını salamladı, tədbirin məqsədi barədə məlumat verib.

Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimov müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə danışıb.

Çıxışlarda narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümyandələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamısının zəruriliyi vurğulanıb.

Millixəbər.az 

Səbaildə narkotika ilə bağlı tədbir keçirildi

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

13 − 12 =