Sərvaz Hüseynoğlu: “Bədirin aslanları ancaq bu qədər şanlı idi..”

0

 

 

                               servaz

                                                  Sərvaz Hüseynoğlu

                       Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin sədri 

                                     “Bədirin aslanları ancaq bu qədər şanlı idi..”

 Şəhid polkovnik-leytenent Sənan Axundovun məktəbli övladı Tahir Axundov belə düşünür: “Özümü onda gücsüz hiss edərdim ki, arxamda yenilməz Vətənim, dağ vüqarlı xalqım, hər bir Azərbaycan insanının güvənc yeri olan ölkə başçısı, Ali Baş Komandan, cənab İlham Əliyev olmayaydı… Yurduma tapınır, xalqıma və Prezdentimə gübvənirəm. ”

 

Milli kimliyimizin bayraqdarlarından birinə çevrilən şanlı Lələtəpə döyüşlərində şəhid olan qəhrəman oğullarımızın unudulmaz xatirəsini andıqca Türk Dünyasının  qürur yeri olan Çanaqqala savaşında can fəda edən Mehmetçiklərin son istəklərini xatırlayıram; hər biri son nəfəslərində ( məni döyüş yoldaşlarımın arasına götürün, onların zəfər yürüşünə tamaşa etmək istəyirəm səslənişi etmişdi.)

Məhz  bu qəhrəmanlıq önündə xüsusi  heyranlıqla səcdəyə əyilən ünlü şair Mehmed Akif  Ersoy hər bir türk insanın möhtəşəm düşüncəsini ifadə etmişdi aşağıdakı misralarda:

 

Ey bu torpaq üçün torpağa düşmüş əsgər,

Göydən əcdad enərək öpsə o pak alnı, dəyər!

 

“Dəyər!” – deyə fərqinə varıram. “Dəyər!”deyə bir daha Mehmet Akifin misralarını zikr edirəm:

Qorxma !sönməz bu şəfəqlərdə üzən al sancaq,

Sönmədən yurdumun üstndə tütən ən son ocaq.

 

Və ən səmimi duyğularımla Mehmet Akif  bəyin bu unundlmaz misralarını vətən uğrunda canlarını fəda etmiuş bütün şəhidlərimizlə bir arada igid həmyerlim, qəhrəman həmvətənim Sənan Axundovun adına bağışlayıram… Məhz o böyük şairin dili ilə bəyan edirəm ki, əziz Sənan:

“Bu daşımdır deyərək Kəbəni tiksəm başına,

Ruhumun  vəyhini duysam da, keçirsəm başına;

… Tüllənən məqribləri axşamları sarsam yarana

Yenə bir şey yapa bildim deyəməm xatirinə…

 

Elə bu duyğularla da təsəlli, təskinlik vermək istəyirəm yurdunda palıd pöhrəsi kimi boy atan oğlun Tahirə. “Sən şəhid oğlusan… vermə dünyaları alsan da bu cənnət vətəni” demək istəyirəm. Ancaq deməyə ehtiyac qalmır; məndən gözəlini deyir hamımızın  əzizi, sənin ciyər  paran Tahir. Hər baxışı “Təki vətən yaşasın” söyləyir. Diliniun hər kəlməsi mübarək ruhuna təskinlik verir ki:

 

Bədirin  aslanları  ancaq bu qədər şanlı idi…

Sənə dar gəlməyəcək məqbəri kimlər qazssa

“Göməlim gəl səni tarixə” desəm , sığmassan..

 

Oğlun, 9 – cu sinif şagirdi Tahir deməyində, düşünməyində haxlıdı ki,” mən onda özümü gücsüz hiss edərdim  arxamda yenilməz vətənim, dağ vüqarlı xalqım, hər bir Azərbaycan insanın güvənc yeri olan ölkə başçım olmayaydı… Yurduma  tapınır, xalqıma  və Prezidentimə  güvənirəm”…

Əziz şəhid qardım Sənan! 9 – cu  sinif şagirdi olan oğlun Tahirin bu qürurlu bəyanı yadıma Çanaqqala savaşı qəhrəmanlarından bəhs edən bir hekayəti salır; fransız jurnalist ataları vətən yolunda şəhid olmuş üç oğlan uşağından bəhs edərkən yazır:  “Hədsiz dərəcədə  kasıb görkmləri vardı. Ancaq qarşı evdən anaları bayıra çıxaraq onları səslədi ki, Müzəffər, Qəhrəman, Mübariz, gəlib şorbanızı için. Övladlarına Müzəffər, Qəhrəman , Mübariz adı qoyan valideynlərin yurdu heç vaxt basılmaz deyə düşündüm…”

Əlavə  edirəm ki, yurdunda sənin kimi oğul qoyub gedən atanın ruhu heç vaxt  nigaran olmaz, Tahir. Vətən səninlədi, yurd səninlədi, ölkəmizin başçısı səninlədi və bu birlik pozulmazdı.

 

gwlaye

           Gülayə Könül

                           VƏTƏN

(Milli ordunun şəhid polkovnik-leytenantı Sənan Axundovun dilindən)

 

Adımın üstündə adın yazılıb,

Çismim, canım, ruhum sənlə tən, vətən.

Bir daha dünyaya gələrəmsə mən,

Yenidən səninçün ölərəm, vətən.

 

Qoxlaya-qoxlaya haqq gülü kimi,

Yarı oyaq, yarı mürgülü kimi.

Öpüb də ölümü sevgili kimi,

Bir anda min kərə ölərəm, vətən.

 

Sevda yolu ölüm-qalım yoludur,

Səndən sənə gəlmək ücün ölürəm.

Ölə-ölə ölənlərin sayı cox,

Sevə-sevə ölmək ücün ölürəm.

 

Adını sən qoydun ölümsüzlüyün,

Mən sənə sevgimi xonça bağladım.

Ölüm məndən ötrü ölümə getdi,

Qönçə ümidimi qönçə bağladım.

 

Dolanıb başına qurbanın kimi,

Dərdin-bəlan dedim qoy mənə gəlsin

Yenə də dolanım, dönüm başına,

Yenə səndən ötrü ölüm, ey Vətən

Sənə gələn bəla qoy mənə gəlsin…

 

 

Gülayə Könül

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

four × 4 =