SƏUDIYYƏ ƏRƏBISTANDAN BAŞLANAN YOL !

0

Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri, bəlkə də birincisi dinimiz və müqəddəs kitabımızdır. Azərbaycanda İslamın yayılmasından sonra formalaşan müsəlman mədəniyyəti elmə misli görünməmiş maraq oyatdı. Çünki İslam təkcə din kimi deyil, güclü və mütərəqqi elm kimi tədqiqatçıların diqqətini cəlb etmiş və etməkdədir. İslam-elmin inkişafına böyük önəm vermiş, müsəlmanları elmin sirlərini yiyələnməyə çağırmışdır.

İslamın elmə, biliyə münasibətinin əsasında “Qurani-Kərimin” yaradıcı, şüurlu fəaliyyətin ən parlaq nümunəsi kimi Xəlqetməyə dair təsəvvürləri durur; Allah-təala insanı yaratmış və ona özünün ən gözəl nemətlərini – həyat və ağıl bəxş etmişdir. Əgər bunlar olmasaydı insanın insanlığı öz mənasını itirərdi. İnsanı təkəbbürdən və lovğalıqdan əl çəkməyə, onu öz yaradanına tapınmağa, ona itaət etməyə çağıran islam, eyni zamanda ona düşünməyi, dərk etməyi də vacib buyurmuşdur. Odur ki, islamda idman kor-koranə itaətə deyil, dərindən dərk edilmiş biliyə əsaslanır. Belə ki, idman sözünün başqa dillərdə lüğəti mənaları olduqca zəngindir. Məsələn, farscada “vərzes” kimi ifadə olunur. İstilahda isə həpəkət, xüsusi əməllər toplusudur ki, bədənə aid əməlləri qüvvətləndirir və hər gün yerinə yetirir. (Fərhəngş-nəfisi, Kitab foruşiye Xəyyam, c.5, s.3848).

“Fərhəngi-Əmid”də başqa mənalar ifadə oluunduqdan sonra deyilir: idman fərdi və ictimai sürətdə əsəb sistemləri və bədən əzələlərini gücləndirmək, bədən üzvlərini ardıcıl olaraq hərəkət etdirməyə deyilir. (Fərhəngi-əmid, İntişarati Çmir Kəbir, 1362, c.1065-1068).

Peyğəmbərimizin bir hədisini yada salaq: “Övladlarınıza üzgüçülüyü və ox atmağı öyrədin”. Mənbələrdə göstərir ki, Hz.Davud peyğəmbər padşahlıqla yanaşı, ən mahir “sapand daş atmaq” bacarığına malik olmuşdur. (Əbu Davud Süleyman ibn Əşəs) Əssicistani, Əs-sünən, Daru-ihya-it-turasil-ərəbi). Həzrəti Əli (ə.s.) sağlamlıq haqqında demişdir:- “Ruhi xəstəliklərin şəfa tapması sizin bənizdədir”. (Hacı Seyyid Əliyyənnəqi Feyzul-islam, Tərcümə və şəqhe Nəhcul-Bəlağə, Mərkəzi nəşr Asari Feyzul-İslam,1366, Xütbə 189, s.635).

İdman mövzusunun öyrənilib araşdırılması, o cümlədən İslam dini ilə əlaqəsinin tədqiq edilməsi, bu mövzunun elmin bir hisssi kimi öyrənilməsinin zəruriliyini vurğulayır. Bu baxımdan dinlə idmanın əlaqəsi, İslamda idman mövzusunun araşdırılmasında təəccüb doğuracaq heç nə yoxdur.

Elm və texnikanın yüksək sürətlə inkişafı, getdikcə çirklənən ekologiya, adamların daha çox oturaq həyat tərzi keçirmələri, gündəlik əhatə olunduqları problemlər cansağlığının qoruması üçün böyük qayğı tələb edir.

Ulu Öndər Heydər Əliyev deyirdi: “islam dini bizi heç vaxt işğalçılığa, qəsbkarlığa sövq etməmişdir. Biz sülhsevər millətik. Bizim dinimiz də insanlara dostluq, qardaşlıq, sülh, barışıq yolu göstərmişdir. Biz həmişə bu yolla getmişik”. Bu gün də Ulu Öndərin ideyaları əsasında inkişaf edən Azərbaycanda tolerant və multikultural mühit daha da möhkəmlənib, hətta Prezident İlham Əliyevin uğurlu daxili siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Prezident İlham Əliyev Azərbaycanın İslam aləmində çox böyük hörmətə malik bir ölkə olduğunu qeyd edib: “Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz.

Yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev deyib. “Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir”. Azərbaycan daha bir nüfuzlu tədbirə – sayca IV İslam Həmrəyliyi Oyunlarına layiqincə evsahibliyi etməklə tarixini daha bir möhtəşəm nailiyyətlə zənginləşdirəcək. Sonda qeyd etmək lazımdır ki, Bakıda 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışın təşkil edilməsi irimiqyaslı kompleks idman tədbirlərinin keçirilməsində  Azərbaycanın malik olduğu potensial imkanları bir daha nümayiş etdirəcək, digər tərəfdən isə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında idman əlaqələrini genişləndirəcək, Azərbaycanın beynəlxalq idman aləmində nüfuzunun bundan sonra da artmasını təmin edəcək. Həmrəylik Avropa İttifaqının Fundamental Hüquqlar Nizamnaməsinin altı prinsiplərindən biridir və hər il dekabr ayının 20-si Beynəlxalq İnsan Həmrəyliyi Günü kimi qeyd edilir.

Həmrəylik günü xalqımızın birlik şüarının simvolik günüdür. Gündən-günə daha sürətlə inkişaf edən müstəqil Azərbaycan isə bütün dünya azərbycanlıları üçün cazibə mərkəzidir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirir.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİİran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

Dünyada İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir. Təsadüfi deyil ki, müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlər quran respublikamız təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir. Bu gün cəsarətlə demək olar ki, dünya azərbaycanlılarının həmrəyliyi, onların vahid təşkilatlar çərçivəsində cəmləşməsi və təşkilatlanaraq milli diaspora çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda Prezident İlham Əliyev də ulu öndərin bu estafetini də uğurla davam etdirir. Dövlət başçısının 8 fevral 2006-cı il tarixli sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya azərbaycanlılarının 2-ci qurultayı keçirildi.

Bəs, bu gün İslam Həmrəylik Oyunlarının keçirilməsində məqsəd nədir? Bu oyunların özü İslamdakı həmrəyliyə həsr olunur. Digər tərəfdən, ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunması hansısa başqa dinlərə qarşı təşəbbüs deyil. Bu həm İslam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə vermək deməkdir. İslamda həmrəylik deyəndə ilk növbədə İslamın daxilində müxtəlif məzhəblər arasında həmrəylik yada düşür.

İslam Həmrəylik Oyunları — dörd ildən bir keçirilən beynəlxalq idman tədbiridir. Burada İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançılar iştirak edir. Bakıda 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışın təşkil edilməsi irimiqyaslı kompleks idman tədbirlərinin keçirilməsində Azərbaycanın malik olduğu potensial imkanları bir daha nümayiş etdirəcək, digər tərəfdən isə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında idman əlaqələrini genişləndirəcək, Azərbaycanın beynəlxalq idman aləmində nüfuzunun bundan sonra da artmasını təmin edəcək.

IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin də bir rəmzi mənası var. Çünki I Avropa Oyunlarından sonra  IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə təşkili Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri də özündə simvolizə edəcək. IV İslam Həmrəyliyi Oyunlarının İdman yarışları Mayın 12-22-si 2017-ci ildə Bakıda keçiriləcəkdir. Bununla bağlı qərar 2013-cü il 24 iyulda Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 8-ci hesabat-seçki Baş Assambleyasında keçirilən səsvermə zamanı yekdilliklə qəbul edildi. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanla yanaşı, İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə Misir də namizədliyini irəli sürmək istəyib. Lakin bu ölkədəki gərgin siyasi vəziyyət üzündən fikrindən daşınıb. Digər ölkələr isə iqtisadi vəziyyətlə əlaqədar namizədliklərini irəli sürmədilər. Bu fakt bir daha təşkilatçılıq niyyətində olan ölkədəki sabitliyin və düzgün aparılan iqtisadi siyasətin əhəmiyyətindən xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziyanın Palembanq şəhərində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tərəfindən ölkəmizin paytaxtında keçiriləcək İslamiadaya həsr olunan “Azərbaycan günü” ünvanladığı videomüraciətdə də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının birlik, qardaşlıq və dostluq Oyunları olacağına əminliyini vurğulayıb. Buna 2017-ci ildə baş tutacaq İslamiadanın əsas şüarı da eyham vurur – “Həmrəylik bizim gücümüzdür”.

İslam Həmrəyliyi Oyunlarının tarixinə nəzər salsaq, İslamiada bu oyunların yolunun heç də hamar olmadığını görərik. İdman Həmrəylik Təşkilatı dünyada böyük nüfuza malik olan İslam Ölkələri İdman Həmrəylik Təşkilatı İslam Konfransı Təşkilatının 1981-ci ildə Məkkədə keçirilmiş konqresinin qərarı ilə yaradılıb. Təşkilatın əsas məqsədi İslam ölkələrində idmanın və Olimpiya hərəkatının inkişaf etdirilməsi, bu ölkələr arasında əməkdaşlığı möhkəmləndirməkdir. Qurum 4 ildən bir İslam Həmrəyliyi oyunlarını təşkil edir. Bu oyunları İslam Ölkələrinin Olimpiadası da adlandırırlar. İslam Həmrəyliyi Oyunlarının təşkilinə və keçirilməsinə 57 müsəlman ölkəsini özündə birləşdirən İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) nəzarət edir.

İlk dəfə bu oyunlar Səudiyyə Ərəbistanında keçirilmişdir və hazırda yarışda İslam Konfransı Təşkilatının 57 üzvüsü iştirak edir. Təşkilata üzv olan ölkələrin qeyri-müsəlman vətəndaşlarınada oyunlarda iştirak etməyə icazə verilir.

I İslam Oyunları Səudiyyə Ərəbistanında keçirilmişdir. Təntənəli açılış mərasimi 2005-ci il aprelin 8-20-də  Məkkə, Mədinə və Ciddə şəhərlərində keçirildi. Məkkə şəhərinin 3 kilometrliyində yerləşən, 80 min tamaşaçı tutan kral Əbdül-Əziz stadionunda keçirilən mərasimdə 53 ölkədən 5 minə yaxın idmançı iştirak edirdi. Təşkil olunmuş yarışlarda Azərbaycan yığması 12 idman növü üzrə 103 idmançı ilə təmsil olunmuşdur. Yarışı 15 medalla (4 qızıl, 4 gümüş və 7 bürünc) başa vuran yığmamız medal qazanan ölkələr arasında 8-ci pillədə qərarlaşmışdır. Tədbir Azərbaycan idmançıları və nümayəndələrinin stadiona daxil olması ilə başlandı. Ölkəmizin üçrəngli bayrağını taekvondo üzrə gənclər arasında Avropa çempionu İlkin Şahbazov aparırdı. Ölkəmizə qızıl medalları karatedə Ceyhun Ağasıyev (75 kq), ğırlıqqaldırmada Natiq Həsənov (85 kq), Nizami Paşayev (105 kq) və baksetbolçularımız qazandırdılar. Gümüş medalı isə ölkəmizin hesabına karateçilərimiz Yusif Cəfərov (60 kq), Rəşad Hüseynov (70 kq) və ağırlıqqaldırmada Natiq Həsənov (85 kq) (2 medal) yazdırdı. Karatedə Rəfael Ağayev (65 kq), taekvandoda isə Babək İsgəndərov (63 kq) bürünc mükafata sahib çıxdılar. Ağırlıqqaldırmada isə Əlibəy Səmədov (94 kq) və Nizami Paşayev (105 kq) hərəyə 2 bürünc medal qazandılar. Qılıncoynatma yığmamız da İslamiadanı 3-cü pillədə başa vurdu.

2009-cu ilin  oktyabrında İkinci İslam Həmrəylik Oyunları planlaşdırılırdı ki, İranda keçirilsin, amma sonra tarixi 2010-cu ilin aprel ayına saldılar, lakin Fars Körfəzinin (Ərəb) adı ilə bağlı İran və ərəb ölkələri arasında fikir ayrılığı səbəbindən ləğv edildi. İran və ərəb dövlətləri arasında olan körfəzin ad verilmə ilə bağlı mübahisələri həmişə ziddiyyətlərə səbəb olmuşdur, ona görə ki, bəzi ərəb ölkələrində “Fars körfəzi” Ərəb körfəzi kimi tanınır.

III İslam Oyunları 2013-cü ilin 22 sentyabr – 2 oktyabrında İndoneziyanın Palembanq şəhərində təşkil olunmuşdur. Bu yarışda 44 müsəlman dövlətinin nümayəndəsi, 13 idman növü üzrə qüvvəsini sınayıb. Cənubi Sumatra əyalətinin Palembanq şəhəri müsəlman dünyasının ən mötəbər idman tədbirinin şahidi oldu. Oyunların təşkili üçün ayrılmış vaxt az – bir neçə ay olsa da, III İslamiadanın təşkilat komitəsi işinin öhdəsindən layiqincə gəldi və idmançıların öz məharətlərini nümayiş etdirməsi üçün lazımi şərait yaratdı.  Bu yarışda 44 müsəlman dövlətinin nümayəndəsi, 13 idman növü üzrə qüvvəsini sınayıb. Turnirdə Azərbaycanı 9 idman növü üzrə 53 idmançı təmsil etmişdir. III İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycan idmançıları onlara bəslənən ümidləri tamamilə doğrultdular. Təmsilçilərimiz 24 medalla (7 qızıl, 8 gümüş, 9 bürünc) iştirakçı ölkələr arasında 7-ci yeri tutdular. Dövlət başçısı İlham Əliyev İslamiadada qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və idman mütəxəssisləri ilə görüşündə Oyunların müsəlman aləmində əlamətdar hadisə olduğunu qeyd etmişdir: “Əlbəttə ki, bu, idman yarışıdır və böyük idman yarışıdır, eyni zamanda, bu oyunlar İslam həmrəyliyini gücləndirən bir amildir. Siz Azərbaycanı ləyaqətlə təmsil etmisiniz. Bu qələbə bir daha onu göstərir ki, Azərbaycan idman dövlətidir, idman sürətlə inkişaf edir və qələbələrimizin səbəbləri məhz dövlət siyasətinin güclü olmasındadır. Dövlət siyasəti, idmana rəhbərlik edən qurumların birgə fəaliyyəti – Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir məqsədə qulluq edirlər ki, Azərbaycan özünü dünyada, idman aləmində ləyaqətlə təmsil etsin, Azərbaycanda idman inkişaf etsin və uğurlarımızın sayı artsın”.

Xalqımız Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünü böyük qürur hissi ilə qeyd etdiyi bir tarixdə “IV İslam Həmrəylik Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 sentyabr 2015-ci il tarixli sərəncam imzalamasından iki il keçir. Sərəncamda qeyd olunduğu kimi, İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında IV İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul edilmiş 2013-cü il 24 iyul tarixli qərar Azərbaycanda böyük rəğbətlə qarşılanmışdır. Uğurla başa çatmış birinci Avropa Oyunlarının ardınca eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsi Azərbaycan dövlətinin idmana göstərdiyi diqqət və qayğısının nəticəsidir.

Son illərdə ölkəmizdə reallaşan möhtəşəm oyunlar təsdiqlədi ki, Azərbaycan həm də güclü idman ölkəsidir. I Avropa Oyunlarında iştirak edən dövlətlərin bayraqlarını bir araya gətirən Azərbaycanda Dünya Şahmat Olimpiadası, “Formula-1” yarışları da uğurla başa çatdı. Belə təməl əsasında idman ölkəsi olduğunu təsdiqləyən, 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi  Oyunlarına, futbol üzrə “Avro-2020”-nin final mərhələsinin 4 matçına ev sahibliyi edəcək ölkəmizin möhtəşəm yarışlarda qazandığı qələbələr mükafatların sayını da artırır.

Müstəqil ölkə kimi ilk dəfə Atlanta Olimpiadasında (1996) iştirak edən və qazandığı 1 gümüş medalı Sidney (2000) yarışlarında 2 qızıl, 1 bürünc medala çatdıran, Afinadan (2004) 5 medalla qayıdan idmançılarımız Pekin (2008) yarışlarında 1 qızıl, 2 gümüş, 4 bürünc medalla pərəstişkarlarını sevindirdilər. Azərbaycana uğur gətirməklə idmançılarımızın dünya birliyində tanınmasına səbəb olan London XXX Yay Olimpiadası daha uğurlu oldu. İdmançılarımız ölkəmizə 10 medalla döndülər. Çində keçirilmiş Yay Olimpiya Oyunlarında yeniyetmələrimiz komanda hesabında 10 -cu yerə layiq görüldülər. Rio-de-Janeyroda idmanın 17 növü üzrə 56 iştirakçı ilə təmsil olunan gənclərimiz Azərbaycana 1 qızıl olmaqla 18 medal qazandırdılar. Medal sayına görə Olimpiadada iştirak edən 207 iştirakçı və 87 mükafatçı dövlət arasında 15-ci yeri qazanan idmançılarımız daha bir idman bayramını uğurla başa vurdular. Hər medal isə gərgin mübarizə, qələbəyə inamın ifadəsidir. Bu nəticəyə görə respublikamız İslam, türk və Cənubi Qafqaz ölkələri arasında liderlik əldə etdi. İdmançı sayının qazanılan medallara nisbətinə görəisə MDB ölkələri arasında ikinci, Avropanın qitə dövlətlərinin sırasında isə yeddinci oldu. İki il öncə paytaxtımızda təşkil edilən və Avropa Oyunlarının standartlarını müəyyənləşdirən “Bakı-2015” eyni zamanda idmançılarımız üçün ən böyük qələbəmeydanı oldu. Avropanın 50 ölkəsindən 6000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56medal qazanaraq 2-ci yeri tutublar.

İdmana göstərilən diqqətin nəticəsidir ki, gənclər arasında bu sahəyə maraq kimi, regionlar da daxil olmaqla 50-yə yaxın idman sağlamlıq komplekslərinin sayı artır.

IV İslam Həmrəyliyi Oyunlarının proqramına isə rekord sayda – 20 idman növündə  beş mindən çox idmançının qüvvəsini sınayacağı nəzərdə tutulub. IV İslam Həmrəyliyi Oyunlarının proqramına isə rekord sayda 57 ölkədən 5000 atletin qatılacağı gözlənilən yarışda vacib olan idman  növlərinin siyahısı da açıqlanıb. Belə ki, paraatletiklər, paracüdoçular,  kamandan oxatma, üzgüçülük (o cümlədən sualtı üzgüçülük), atletika, basketbol, qılıncoynatma, futbol, gimnastika, həndbol, cüdo, karate, stolüstü tennis, taekvondo, zorxana, voleybol və ağırlıqqaldırma növləri üzrə yarışların keçirilməsi tövsiyə olunub.

Bu yarışı fərqləndirən digər cəhətlərdən biri də milli “Zorxa”na oyununun proqrama salınmasıdır. Tarixi faktlara əsasən, “Zorxana” 700 il öncə (hicri-şəmsi 7-ci əsr) Puryayi Vəli (Məhmud ibn Vəliyuddin. Gəncə ş.) tərəfindən yenidən sistemləşdirilib. Azərbaycanda zorxananin daha qədim tarixə malik olması da qeyd edilmişdir.

İdman özü də ictimai şüura təsir etmək baxımından estetik şüurla ittifaq­dadır və bu cəhət ölkəmizdə hələ çox-çox qədimlərdə də nəzərə alınırdı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azər­baycanda idman oyunlarının keçirilməsi tarixinə mü­raciətlə yazır:

«Yarışların, de­mək olar ki, hamısı mu­siqi sədaları ilə mü­şayiət olunurdu. Hətta şahmat oyunu zamanı ud alətində incə musiqi ifa edilirdi. Zorxanalarda güləş zamanı səs­lə­nən ənənəvi musiqidən başqa pəhləvanların şücaətindən bəhs edən mah­nılar da ifa olunurdu». Bu və ya digər konkret idman növünə həsr olunmuş növ himninə çevrilmiş, fiziki güc və qüdrətin ahəng və ritmlə vəhdətinin timsalı olmuşdur. Musiqi havaları xalq yara­dı­cılığının dəyərli nü­mu­nə­lə­ri kimi bu gün də ifa olunmaqdadır.  Azərbaycan milli yarışları arasında ən qədimi və ən çox seviləni güləşdir. Bu idman növünün xüsusiyyətlərini bir çox şərq güləş növlərində tapmaq mümkündür. Bayram şənliklərində tanınmış pəhləvan-güləşçilər arasında yarışların keçirilməsi ənənəsi bizim günlərə qədər gəlib çatmışdır. Bahadır-pəhləvanlar xalq arasında böyük hörmətə malik idilər. Pəhləvan adına layiq görülmək üçün fiziki hazırlığın yüksək mərhələsinə çatmaq lazım idi. Qədim dastanlarda bir-birinə qarşı vuruşan iki düşmən ordunun və ya dəstənin taleyini pəhləvanların görüşü həll edirdi. Azərbaycanın orta əsr pəhləvanlarının adlarını tarixi yazılar və şairlər bizə çatdırmışlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini xatırladıb: “Bu da çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını keçirib. Yəni, bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri “Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar”.

Prezident Azərbaycanın İslam aləmində çox böyük hörmətə malik bir ölkə olduğunu qeyd edib: “Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz. Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edirəm”.

57 ölkəni təmsil edən idmançıların qatılacağ yarışın əsas şüarı “Həmrəylik bizim gücümüzdür” seçilib. İslam Həmrəyliyi Oyunlarının təşkili qardaşlıq və birliyin əks olunmasına öz töhfələrini verəcək. Təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycanın Birinci Xanımının rəhbərliyi ilə indiyəqədər keçirilən bütün tədbirlər yüksək təşkilatçılıq səviyyəsi və keyfiyyət standartı ilə seçilib. Azərbaycan ictimaiyyəti və beynəlxalq təşkilatlar,  xarici qonaqlar “Eurovision-2012” yarışmasında bu təşkilatçılıq bacarığının hansı səviyyədə olmasının şahidi oldular. Məhz Azərbaycan dövlətinin iradəsi, Mehriban xanım Əliyevanın təşkilatçılıq qabiliyyəti sayəsində “Eurovision” tarixində yeni keyfiyyət standartı müəyyən edildi və  ölkəmiz böyük miqyaslı yarışı ən yüksək səviyyədə keçirməklə nüfuz qazandı. Elə Avropa Olimpiya Komitəsi Azərbaycana etimad göstərərək ilk Avropa Oyunlarının keçirilməsinin ölkəmizə həvalə etməsi və bu Oyunların Təşkilat Komitəsinin sədrinin Mehriban Əliyevanın təyin edilməsi tədbirin yüksək səviyyədə reallaşacağına böyük ümidi doğrultdu. Mehriban xanım Əliyeva əminliklə “…biz bu Oyunlara hazırlıqla bağlı bütün tədbirləri görüb onu yüksək səviyyədə keçirəcəyik. Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur”, – deyirdi. Oyunların təntənəli açılış mərasimində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin çıxışında Birinci Xanım Mehriban Əliyevaya “Sizin “Bakı-2015″in Təşkilat Komitəsinin sədri kimi Avropa Oyunlarında oynadığınız rola sözlə qiymət vermək çox çətindir”, – deməsi Onun təşkilatçılıq işinə verilən qiymət idi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan Təşkilat Komitəsi və komitəyə Mehriban xanım Əliyevanın sədrlik etməsi, əlbətə ki, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ilin ən böyük idman hadisəsinə çevriləcəkdir. İlk növbədə Azərbaycanda bir gündən sonra IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir:  “Əminəm İslam Oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara  malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir”.

 Professor: Dilqəm Quliyev

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three − 1 =