Səxavət Tağlar: bu nə xislətdir?

0

Səxavət Tağlar-Əməkdar müəllim

(Gəlin birlikdə düşünək)

Tanıdığım bir Kəndli Fermer Təsərrüfatının rəhbəri iş yerini dəyişib, daha doğrusu uzun illər işlədiyi və özünü tutduğu ərazidən gedib. Eşidəndə ki, təsərrüfatın tiklilərini də söküb özü ilə aparıb, vaxtilə saldığı körpünü uçurub ( o körpü həm də el yolunun idi), əkdiyi ağacları kəsib, yaman pis oldum….Ağsaqqalların təkidi ilə ona zəng etdim. Nə desə yaxşıdır : ” Bu da ziyalımız. Ay müəllim, o təsərrüfatı özüm yaratmışdım, tiklilərin materialını özüm almışdım, körpünün turbasını öz evimdən aparmışdım, ağacları özüm əkmişdim …”
… Bir söz demirəm, KTF müdiri! Ancaq düşünürəm ki, iş yerindən gedən bir kəsin oranı viran qoyması heç bir məntiqə, insanlığa və vicdana sığmır. Ağrınıram ki, sən nə vaxtsa mənim bir əsərimin qəhrəmanı olmuşdun!.. Qonşu kimi sevgimizi, kədərimizi birgə yaşamışdıq. Uçan körpüdə birgə işləmişdik. Hələ o körpü üçün camaatdan yığdığın pulu demirəm…Ay nainsaf, Kəndli Fermer Təsərrüfatının müdiri! .. Düşünürəm: Bu, və ya bunu kimi hadisələrlə tez-tez rastlaşırıq. İşdən gedən bir məmur iş yerinə və öz çiyindaşlarına xəyanət edir. Axı, bu nə xislətdir?!..
Bəşərin ən ali varlığı olan insanadır sözüm. İnsan niyə cəmiyyətin, təbiətin, dövlətin qanunlarına, Allah Talanın buyruqlarına, Ulu Tanrının hökmlərinə itaət etməsin?! İnsan niyə öz nicat yolunda yanılsın?! Axı, nədir bu iblislik, bu şeytanlıq, bu nadanlıq, bu xislət bəşər övladının qəlbində?! Qəlb, vicdan, əməl niyə təmiz olmasın, niyə mərhəmət işığı saçmasın?! Kimdir bu dünyada pis əməlləri, əyri xilqəti ilə savab qazanan, kimdir, kim?!

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

17 + nine =