Sabirabadda ağır qəza: Nişana gedən bacı-qardaş öldü

0

Sabirabadda ağır yol qəzası baş verib.

Millixəbər.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Horadiz magistral yolunun rayonun Qalağayınkəndi ərazisindən keçən ərazisində qeydə alınıb.

Belə ki, BMW markalı avtomobilin idarəetməsinin itməsi nəticəsində maşın yolun kənarındakı daş hasara çırpılıb.

Qəza nəticəsində 1995-ci il təvəllüdlü Usubov Vüqar İsmət oğlu və onun bacısı, 1997-ci il təvəllüdlü Usubova Nuridə İsmət qızı hadisə yerində dünyasını dəyişib.

Qəzada xəsarət alan, 2003-cü il təvəllüdlü Usbov Əmirağa İsmət oğlu və digər bir nəfər Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, avtomobildə olan bir ailənin üzvləri nişana gedirmişlər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

5 × 2 =