Sahil Babayev: “600 min işsiz, qeyri-formal işləyən şəxsə birdəfəlik ödəmə verilib”

0

“Cənab Prezident, Sizin tapşırığınızla pandemiya dövründə həssas təbəqədən olan insanlarımıza dəstək tədbirləri də icra olundu. 600 min işsiz, qeyri-formal işləyən şəxsə birdəfəlik ödəmə proqramı 190 manat məbləğində icra edildi”.

Bu sözləri yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, bu məqsədlər üçün 450 milyon manat vəsait sərf olunub:

“Sosial tərəfdaşlarımızın dəstəyi ilə 110 min aztəminatlı ailəyə üç dəfə ərzaq yardımları verildi. 65 yaşdan yuxarı və tənha yaşayan şəxslər daimi sosial xidmətə götürüldü və müxtəlif sosial xidmət müəssisələrində həssas kateqoriyadan olan insanlarımıza dəstək tədbirləri təqdim edildi. Bu proqramlar cari ildə də davamlı olaraq icra ediləcəkdir.

Həm sosial xidmət müəssisələrimizin, həm reabilitasiya mərkəzlərimizin şəbəkəsinin genişləndirilməsi ilə daha çox əhaliyə xidmət göstəriləcək.

Məşğulluq proqramlarımız isə Sizin tapşırığınıza uyğun olaraq, ilk növbədə, prioritet əsasda həm işğaldan azad olunmuş ərazilərimizdə, həm də onlara yaxın regionlarımızda üstün şəkildə təmin ediləcək”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

3 + 6 =