Şair Aydın Arslanın “Tərcümeyi- əhvalım” adlı yeni şeirlər kitabı çapdan çıxdı

0

Millixəbər.az xəbər verir ki, Yazarbaycan.az saytının təsisçisi , istedadlı şair Aydın Arslanın “Tərcümeyi- əhvalım” adlı  yeni şeirlər kitabı çapdan çıxıb.

Bu barədə Aydın Arslan özü facebook  səhifəsində məlumat verib.

Kitab “Mücrü” nəşriyyatında işıq üzü görüb.

Kitaba şairin son illərdə yazdığı şeirlər daxil edilmişdir.

Aydın Arslan həmçinin “Bəxtsiz gəlin“(2001)  və “Vəfasızlar oxumasın“(2005) adlı şeirlər kitablarının da müəllifidir.”Tərcümeyi-əhvalım” adlı şeirlər kitabı müəllifin on beş illik fasilədən sonra oxucularla üçüncü görüşüdür.

Kitabın redaktoru tanınmış şair Ayaz Arabaçıdır.

Aydın Arslan həm də tanınmış ifaçılar tərəfindən oxunan, sevilən yüzdən çox mahnıların söz və musiqisinin müəllifidir.

Şairə yaradıcılıq uğurları arzulayırıq!

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

10 − 9 =