Saleh Səmədovdan Əbülfət İmanova TƏBRİK

0

Əbülfət İmanov : “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun  11 may 2017-cil il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkil etdikləri “Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsində çıxışından qeydlər.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov komitənin fəaliyyəti haqqında geniş məlumat verərək Azərbaycanda keyfiyyət infrastrukturunun formalaşması və inkişafı istiqamətində ardıcıl islahatların aparıldığını bildirib. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Fərmanını xatırladan komitə sədri qeyd edib ki, həmin Fərmana əsasən keyfiyyət infrastrukturunun əsas istiqamətləri olan standartlaşdırma, metrologiya və akkreditasiya, o cümlədən patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilib, beynəlxalq tələblərə uyğun olaraq yeni publik hüquqi şəxslər təsis edilib. Avropalı ekspertlərlə birgə hazırlanmış “Texniki tənzimləmə haqqında” Qanun layihəsi üzərində işin yekunlaşdığını və aidiyyəti üzrə təqdim olunduğunu deyən Ramiz Həsənov qanunun qəbulundan sonra ölkədə istehsal olunan məhsulların təhlükəsizlik tələblərinin texniki reqlamentlərlə, keyfiyyət parametrlərinin isə standartlarla tənzimlənəcəyini deyib.

Metrologiya sahəsində milli etalon laboratoriyalarının bundan sonra da qurulacağını deyən komitə sədri etalonların ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsində mühüm əhəmiyyət daşıdığını xüsusi qeyd edib. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya nəticələrinin beynəlxalq ticarətdə tanınması, verilmiş sertifikat və laboratoriya protokollarının xarici ölkələrdə qəbul edilməsi məqsədilə də işlər aparılmaqdadır.

Komitə sədrinin sözlərinə görə, qeyri-neft ixrac potensialının gücləndirilməsi və ticarətdə texniki maneələrin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hökumət qarşısında qoyduğu vəzifələri icrası baxımından akkreditasiya proseslərinin xaricdə tanınmasına nail olmaq mühüm əhəmiyyət kəsb edir.

Ramiz Həsənov komitənin fəaliyyət sahələrinin ictimaiyyət tərəfindən tanıdılmasında və keyfiyyət infrastrukturunun inkişaf etdirilməsində kütləvi informasiya vasitələrinin rolunu da xüsusi vurğulayıb. O bildirib ki, vətəndaş cəmiyyəti quruculuğunda nailiyyətlər qazanmış ölkəmizdə medianın sərbəst və dövlət hakimiyyətindən asılı olmayan fəaliyyətinin təmin edilməsi istiqamətində xeyli işlər görülüb və bu siyasət davam etdirilir. Dövlət başçısının rəhbərliyi altında dövlət tərəfindən media vasitələrinin iqtisadi cəhətdən özünü təmin etməsinə hesablanmış çox vacib addımlar atılıb.

Dövlət qurumları ilə medianın sıx əməkdaşlığını vacib hesab edən komitə sədri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bu sahədə böyük təcrübəsinin olduğunu bildirib. Ramiz Həsənov Fondun Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin Azərbaycanda qeyri-neft ixracının təşviqinə, keyfiyyət infrastrukturunun inkişafına və bu sahənin ictimaiyyət arasında təbliğinə müsbət nəticələrini verəcəyini qeyd edib. O həmçinin qeyd edib ki, müsabiqə müddətində onlarla məqalələr dərc edilib, komitənin fəaliyyət istiqamətlərinin mövcud vəziyyəti araşdırılıb, mütəxəssislərdən müsahibələr alınıb və təkliflər verilib.

R.Həsənov qurumun media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərli altında komitənin uğurlarına nəzər saldıqda aydın görəmək olar ki, burada məqsədyöndlü fəaliyyət və yeniliklər, kollektivin işlərinə səylə çalışması, fəaliyyətlərini günün tələblərinə uyğun qurmalarının nəticəsidir ki, Dövlət başcısının etimadına layiq görülürlər.

Belə ki,“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltiv eilənlər sırasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi İmanov Əbülfət Rəşid oğlu da var.

Komitə rəsmisinin uğurlarına sevinərək “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi Şəxsin Cənub Ərazi İdarəsinin direktoru Saleh Səmədov başda olmaqla bütün idarənin kollektivi Əbülfət İmanovu səmimi qəlbdən təbrik edir, işlərində uğurlar arzu edirlər.

 

 

 

Millixəbər.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

fifteen − three =