Samirə Rəsulova: Azərbaycan xalqı Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir

0

Ulu Öndər Heydər Əliyev kadrları xaqın qızıl fondu sayırdı

Azərbaycan dedikdə ilk öncə ağlımıza gələn və gözümüzün önündə canlanan Ulu öndərimiz Heydər Əliyevdir. Həydər Əliyevin Azərbaycan xalqı üçün, Azərbaycan tarixi üçün bir sıra əvəzolunmaz xidmətləri olmuşdur.

Bu gün bütün qazanılan uğurlar ümummilli liderimiz Heydər Əliyevin siyasəti ilə bağlıdır. Azərbaycan tarixində Heydər Əliyevin özünəməxsus yer  tutan şəxsiyyətlərdəndir. Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr  milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul olunur.

Tarixi qayıdışı ilə Azərbaycan tarixinin Heydər Əliyev dövrü özünün yeni, daha şərəfli və əzəmətli mərhələsinə daxil oldu. Onun həyata keçirdiyi  xilaskarlıq missiyası  Azərbaycanı məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevirdi.

Hakimiyyətə gəlməsi ilə xalqı bir çox bəlalardan xilas etdi, vahid komandanlığa tabe olan ordu yaradıldı,  ölkədə vətəndaş müharibəsinin qarşısı alındı. O həmişə qeyd edirdi ki, dil, mədniyyət də, tarix də millətsiz mövcud ola bilməz. Əgər bir  milləti məhv etmək istəyirsənsə ilk öncə onun dilini tarixini, mədəniyyətini  əlindən almaq kifayətdir. Böyük öndərin həyata keçirdiyi tədbirlərdə belə faicənin qarşısının almağa çalışmış, bu da onun  öz dilinə, tarixinə, mədəniyyətinə olan sevgisinin nümunəsi idi.

Heydər Əliyev XX əsrin 70-ci illərində Azərbaycanda elə bir vəziyyət yaratmışdı ki, bu, milli qürurun, milli mənlik şüurun oyanmasına, formalaşmasına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, Azərbaycan dilinin inkişafına,  tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə şərait yaratmışdı.Hətta,  Azərbaycanın 1978-ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması onun dilinə, milli dəyərlərinə bağlılığın təzahürü, dövr baxımından da sözün əsl mənasında bir qəhrəmanlığa bərabər bir addım idi.

Ulu öndər rəhbər kadrlarda köklü dəyişikliyə nail olmaq üçün təşəbbüs göstərdi o, kadrları xaqın qızıl fondu sayırdı. Məhz Heydər Əliyev tərəfindən həyata keçirilmiş neft strategiyası da respublikamızın iqtisadi cəhətdən inkişafınin təməlini qoydu. Bunun  mühüm nəticəsi olan “Əsrin müqaviləsi” dünyada analoqu olmayan bağlanmış bir neçə müqavilədən biridir.

Bu gün  Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət Prezident İlham Əliyev və ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasətə əməli dəstək verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir.

2004-cü ildən etibarən reallaşdırılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bölgələri hərtərəfli inkişaf edir, infrastruktur yenilənir, sosial obyektlər, sənaye müəssisələri tikilib istifadəyə verilir. Bütün bunlar digər bölgələr kimi Qusara da öz təsini göstərmiş, Qusarın  simasını əhəmiyyətli dərəcədə dəyişdirməklə yanaşı, əhalinin rifahını da xeyli yüksəltmişdir. Belə ki Qusar rayonunda bir bir sıra  mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən  Mərkəzi Rayon Xəstəxanası, Uşaq-Gənclər Şahmat Məktəbi, Dövlət Bayrağı Kompleksi, əlil və şəhid  ailələri üçün 24 mənzil, 2 yaşayış binası inşa edilib, iri istehsal və emal müəssisələri yaradılıb, 23 mindən çox yeni iş yeri açılıb, Qusar şəhərində içməli su təchizatı sistemi yenidən qurulub, 56 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 98 km olan kəndlərarası  avtomobil yolları tikilmiş, genişmiqyaslı abadlıq quruculuq işləri görülüb. Əlbəttə ki, bütün bu  tədbirlərin, yenidənqurma işlərin həyata keçirilməsində Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun rolu əvəzsizdir. Bu da Şair Alxasovun xalqına millətinə olan sevgisindən, hakimiyyətə sadiqliyindən irəli gəlir.

Samirə Rəsulova,

Qusar rayon YAP Gənclər Birliyinin sədir müavini

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

five × 3 =