Samir Nuriyev:Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir

0

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni rəhbəri Samir Nuriyev İlham Əliyev tərəfindən yeni vəzifəyə təyin edilməsi ilə bağlı ilk açıqlama verib.

Millixəbər.az xəbər verir ki, o, yeni vəzifəyə təyinat aldığı üçün Prezidentə təşəkkür edib:

“Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən bu yüksək etimada görə Möhtərəm Prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.

Qeyd edək ki, İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib. O, bu vəzifədə Ramiz Mehdiyevi əvəzləyib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

19 − 18 =