Saray Qəsəbə 3 saylı tam orta məktəbdə UŞAQLAR günü ilə bağlı tədbir keçirilib-VİDEOREPORTAJ

0

Teyyubə Hüseynova:”Gələcəyimiz olan uşaqları sağlam,vətənpərvərlik ruhunda böyütməliyik”

1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə Abşeron rayonu Saray Qəsəbə 3 saylı tam orta məktəbdə tədbir keçirilib.

Millixəbər.az-ın məlumatına görə tədbirdə Valideynlər,şagir və müəllimlər,məktəb rəhbərliyi fəal iştirak ediblər.

Uşaqlar tədbirdə rəqs edərək mahnılar ifa edib,şeirlər söyləyib.Uşaq hüquqlarından danışıblar. Ədəbi bədii kompozisiya nümayiş etdiriblər.

Məktəbin direktoru Teyyubə Hüseynova şagirdləri təbrik edib.Onlara müvəfəqiyyətlər diləyib.Direktor qeyd edib ki, uşaqların təhsil ilə yanaşı təlim -tərbiyə məsələlərinə də üstünlük verilməlidir.Gələcəyimiz olan uşaqları sağlam,vətənpərvərlik ruhunda böyütməliyik.Uşaqların hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır. Şagird və müəllim münasibətlərinə əməl etmək həm öyrədənin,həm də öyrənənin ən ümdə vəzifəsi olmalıdır. Bir sözlə gələcəymiz olan uşaqları pis vərdişlərdən qorumalı,təhsilli,tərbiyyəli,dövlətimizə layiq vətəndaşlar kimi yetişdirməliyik.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × 3 =