Sarkisyan 3 gündür ki, Azərbaycanda imiş

0

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan müalicə üçün gütdiyi İtaliyadan geri qayıdıb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Sarkisyan Azərbaycanın işğal edilmiş Xankəndi şəhərinə istiqamətlənib.

Onun həmçinin məzuniyyətdə olduğu bildirilən İtaliyadan qayıtdıqdan sonra qısa müddətdə olsa da Yerevanda qaldığı bildirilir.

Sarkisyanın artıq 3 gündür ki, Xankəndidədir.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsindən sonra Serj Sarkisyanın həm məzuniyyət, həm də, müalicə üçün Avropaya üz tutduğu bildirilirdi. Sarkisyanın qayıdan kimi Koçaryanın müdafiəsinə qalxmış separatçı rejimin ixtiyarında olan ərazilərə çəkilməsi isə onun Qarabağ klanına sığındığını göstərir.

Qeyd edək ki, Robert Koçaryan 2008-ci ilin mart hadisələri, yəni seçkilər zamanı konstitusion quruluşu devirməyə görə həbs edilib. Həmin seçkilərdə Serj Sarkisyan ölkə prezidenti seçilib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eighteen − five =