Sirkə turşusu içdi – Reanimasiyalıq oldu

0

Qaxda 30 yaşlı kişi sirkə turşusundan zəhərlənib.

Millixəbər.az APA-ya istinadən xəbər verir ki, iyunun 10-dan 11-ə keçən gecə Qax şəhər sakini, 1988-ci il təvəllüdlü Elşən Aydın oğlu Rzayev zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

MRX-dan APA-ya bildirilib ki, Elşən Rzayev ifadəsində yaşadığı ünvanda bilərəkdən sirkə turşusu içdiyini deyib.

Həkimlərin müdaxiləsindən sonra Elşən Rzayevin vəziyyəti stabilləşib.
Faktla bağlı araşdırma aparılır.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

9 − 1 =