Ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi əsas şəhərlərdən birinə çevrilən Bakı bu dəfə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etdi. COP29-un dünya birliyinin yekdil qərarı ilə 11-23 noyabr tarixlərində ölkəmizdə keçirilməsi böyük önəm kəsb edir. Təbii ki, ölkəmizdə belə bir mötəbər tədbirin keçirilməsi hər şeydən öncə dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu göstərir.
Artıq respublikamız qlobal xarakterli tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirmişdir. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə kimi fəqlənməsi bütün dünya ictimaiyyətinə məlumdur. Bununla Azərbaycan həm də bu konfranslarda aktual problemləri qaldıraraq onların həlli üçün mühüm təşəbbüslərlə çıxış edir. Nümunə üçün deyək ki, Qoşulmama Hərəkatına sədrliyi dövründə məhz ölkəmizin bu istiqamətdə atdığı tarixi addımlar onun qlobal siyasətə verdiyi töhfəni əhəmiyyətli dərəcədə zənginləşdirdiyini təsdiq edir.
COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən qəbul edilmiş qərar Azərbaycan Respublikasının qlobal problemlərin həllinə verdiyi töhfələrin, əldə etdiyi davamlı mövqeyin, oynadığı mühüm rolun, beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur.
Cari ilin 24 noyabr tarixində dövlətimizin başçısı sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəli paylaşım edib. Dövlətimizin başçısı paylaşımda qeyd edib: “Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a evsahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq”.
Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksəksəviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.
Beləliklə, COP29 paytaxt Bakıda uğurlu sonluqla öz işini yekunlaşdırdı. Bir sözlə, Azərbaycanın ev sahibliyi etdiyi bu nüfuzlu BMT tədbiri hələ uzun illər dünya tərəfindən xatırlanacaq.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
İqlim diplomatiyasında yeni dövr: Qlobal inkişaf və islahatlar yolu
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.