Şuşada TDT-nın Zirvə Görüşü: Türk Dünyasının Birliyinə Dəstək
Bu gün Türk Dövlətləri Təşkilatı getdikcə daha güclü bir quruma çevrilməkdədir. Türk dünyasının birləşməsi, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Prezident cənab İlham Əliyev TDT-nın yaradılmasında, Türk dünyasının birləşməsində böyük xidmətlər göstərir. Türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün təşkilatın ildə bir dəfə Zirvə görüşünün keçirilməsi təşəbbüsü də Prezident cənab İlham Əliyev tərəfindən irəli sürülmüşdür.
Cari ilin 6 iyul tarixində mədəniyyət paytaxtımız Şuşada TDT-nin qeyri-rəsmi Zirvə görüşü keçirildi. Zirvə görüşündə çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycanın hər zaman Türk dünyasının sıx birləşməsinə, onun siyasi, iqtisadi və hərbi güdrətinin artmasına, beynəlxalq aləmdə güc mərkəzinə çevrilməsinə çalışdığını vurğuladı.
Müasir dünyada gərgin geosiyasi vəziyyət dövlətlərin milli təhlükəsizliyini təmin etmək, güclü dövlət, güclü ordu prinsiplərini zəruri etmişdir. Bu gün Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən dünyada güclü bir dövlətə çevrilmişdir. Ortaq dilə, mədəniyyətə, eyni kökə malik Türk dövlətlərinin birliyi, sıx əməkdaşlığı ölkələrimizin iqtisadi, siyasi, hərbi güdrətinin daha da gücləndirilməsinə xidmət edir. Türk Dövlətləri Təşkilatı artıq dünyada nüfuzlu bir təşkilata çevrilmiş, əminəm ki, qısa bir zamanda beynəlxalq aləmdə güc mərkəzinə də çevriləcək. Prezident cənab İlham Əliyevin vurğuladı kimi XXI əsr Türk dünyasının inkişaf əsri olmalıdır.
Türk dünyası böyük coğrafi məkanı əhatə edir. Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara Dəniz Limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin təbii sərvətləri, qədim tarixi, mədəniyyəti Türk dünyasının ən böyük sərvətidir. Tarix boyu Türk dünyası dünya sivilizasiyasına böyük töhfələr verib. Türk Dövlətləri böyük savaşlarda qalib gələrək öz torpaqlarını düşmənlərdən xilas edib. Azərbaycan da 2020-ci ildə Türk dünyasının böyük oğlu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı ilə torpaqlarını işğaldan azad etdi. Prezident cənab İlham Əliyev azərbaycanlılarla yanaşı böyük Türk dünyasının əzəmətini dünyaya çatdırdı. Şanlı qələbəmizdən sonra işğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulması və dünyanın ən gözəl məkanına çevrilməsi dünyaya azərbaycanlıların həm də tarix boyu qurub yaradan bir xalq olduğunu sübut etdi. Bu işdə Türk dünyası azərbaycanlıların yanında olduğunu sübut etdi.
Prezident cənab İlham Əliyev TDT-na 2 milyon ABŞ dolları məbləğində vəsait köçürməsi təşkilatın nəzərdə tutulan hədəflərinə çatmasına böyük dəstəkdir.
Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi Türk dünyasının həmrəyliyini və beynəlxalq aləmdə nüfuzunu gücləndirəcək və dünyada vahid güc kimi çıxış etməyə imkan yaradacaq.
Kamilə Əliyeva
Milli Məclisin deputatı,
professor
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.