Yeni Azərbaycan Pariyası (YAP) Sabunçu Rayon Təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin Anım gününə həsr olunmuş “Heydər Əliyevin gənclərə örnək siyasi kursu” adlı layihəyə yekun vurulub.
Millixəbər.az xəbər verir ki, layihənin keçirilmə məqsədi Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin gənclərə öyrədilməsi və gənclərin ölkənin sosial, iqtisadi və siyasi həyatında fəal iştirak etməyə təşviq edilməsi, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişafı sahəsində müasir Azərbaycan gəncliyinə inkişaf, bilik və vətənpərvərlik kimi ali dəyərlərin aşılanmasıdır.
Layihənin son gününün məruzəçisi Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Heydər Əliyevin həyat və fəaliyyəti əsil dövlətçilik məktəbidir” mövzusunda çıxış edərək bildirib ki, Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası xalqımızın birliyini, cəmiyyətdə dövlətçilik və vətənpərvərlik şüurunun inkişafını təmin etmiş, bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə dayaq olmuş, xalqı ardınca aparmış, gənclərə hər zaman yüksək dəyər vermişdir.
Üç günü əhatə edən siyasi kursun məruzəçiləri Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" ictimai birliyinin sədri Zərifə Quliyeva, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, Milli Məclisinin deputatı Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, AMEA-nın müxbir üzvü Amin İsmayılov olmuşdur.
“Heydər Əliyev: Zaman, şəxsiyyət və əbədiyyət faktoru”, “Heydər Əliyev və gənclər siyasəti”, “Elm və təhsilin inkişafında Heydər Əliyev mərhələsi” mövzularında çıxış edən natiqlər Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi haqqında dolğun məlumat veriblər.
Layihədə gəncləri maraqlandıran suallar ətrafında geniş fikir mübadilələri aparılıb.
Sonda layihədə iştirak edən gənclərə Fəxri Diplomlar təqdim olunub.
Qeyd edək ki, siyasi kursda Dövlət Gömrük Komitəsinin Akademiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının və Xəzər Universitetinin tələbələri iştirak ediblər.
“Heydər Əliyevin gənclərə örnək siyasi kursu” adlı layihəyə yekun vurulub
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.