
Siyasi şərhçilər kimlərə deyilməlidir, siyasi partiyalarda üzvülük siyasətinə YANAŞMA...
Son günlər də müxtəlif media qurumlarında siyasi yönümdə ekspert qismində dəvət edilən şəxslərlə bağlı titrlarda siyasi şərhçi vəzifəsini qeyd edirlər. Ümumiyyətlə siyasi şərhçi əsasən kimlərə deyilməlidir?
Siyasi şərhçi və ya siyasi kommentator öz siyasi fikirlərini ictimai əsasda səsləndirən şəxslər siyasi tənqidçilər hesab edilirlər.
Sizcə ölkəmizdə fəaliyyət göstərən siyasi şərhçilərimiz bu funksiyanı tam olaraq yerinə yetirə bilirlərmi?
Mənə elə gəlir ki, bu sahədə siyasi şərhçilik funksiyasını həyata keçirən şəxslər dərin siyasi təhlil və bütün siyasi prosesləri dərindən analiz etmək bacarığına malik olmalıdır.
Müşahidələrimiz göstərir ki, ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyalarda adətən partiyaların rəhbər şəxsləri daha çox fəallıq göstərirlər.
Hər birimizə məlumdur ki, siyasi partiyalarda ölkədə və dünyada baş verən proseslərə münasibət bildirən şəxslərin böyük əksəriyyəti partiya sədrləri olur və yaxudda müavinləri.
Ola bilməzmi ki, partiya nizamnaməsini qəbul edən, birsözlə partiya üzvü olan, siyasi potensiala malik aktiv şəxslərdə münasibət və mövqelərini ifadə etsinlər.
Hesab edirəm ki, siyasi partiyaların nizamnaməsində bütün üzvülərin eyni hüquqlara malik olmalarını nəzərə alsaq hər bir partiya üzvünün intelektual, siyasi potensialı təmsil olunduğu partiyalarda ədalət naminə nəzərə alınmalı və onun özünü ifadə etməsi üçün münbit şərait yaradılmalıdır.
Partiya liderləri öz üzvülərinin cəmiyyətdə və beynəlxalq münasibətlərdə siyasi baxışlarını daha çevik və peşəkar müstəvidə çatdırmaları üçün partiya daxilində demokratik şərait yaratmalıdır ki,müasir çağırışlara cavab verən yeni siyasi liderlər formalaşsın.