
Ukrayna nümayəndə heyəti gələn həftə Londonda keçiriləcək danışıqlarda iştirak edəcək.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Sergey Leşşenko təsdiqləyib.
O bildirib ki, iclasda ABŞ və Avropa ölkələrindən olan nümayəndələrin Ukraynada mümkün atəşkəs məsələsini müzakirə edəcəyi gözlənilir.
Leşşenko iclasa qatılacaq Ukrayna nümayəndə heyətinin tərkibini açıqlamayıb.