Siyavuş Novruzovdan Milli Şura rəhbərlərinə sərt İTTİHAM: “Dünən təxribat planlaşdırılmışdı”

0

“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Milli Şura dünən keçirilən piketdə “Sərbəst toplaşmaq haqqında” qanunun tələblərini kobud şəkildə pozub. Piketi təyin olunmuş yerdə deyil, orta məktəbin qarşısında dərs prosesini pozmaqla, şagirdlərin və valideynlərin hərəkətinə maneə törətməklə keçirdilər”.

Millixəbər.az xəbər verir ki, bu fikirləri Modern.az-a deputat, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib:

“Baxmayaraq ki, öncədən bu məsələlərlə bağlı Milli Şuranın təşkilatçılarına xəbərdarlıq edilmişdi. Piketin piket, mitinqin mitinq, yürüşün  yürüş qaydası var. Əgər sən yürüş keçirmək istəyirsənsə, müraciət elə ki, yürüş keçirmək istəyirəm. Buna yer ayrılsın. Yoxsa yaxınlıqda yerləşən məktəbin ətrafında piket keçirməklə o insanların hüquqlarını pozursan…  Öz hüququndan istifadə etməklə,  başqasının da hüququnu pozursan”,-deyə  icra katibinin müavini sözlərinə əlavə edib.

Siyavuş Novruzovun sözlərinə görə, piketdən açıq-aşkar görünürdü ki, baş verənlər təxribata hesablanmış məsələlərdir:

“Qadınlar asayişi qoruyanları təhqir edib aşağılayaraq pis sözlər deyirdilər ki,  polisin hər hansı biri onlara qarşılıq olaraq kobudluq etsinlər. Ancaq polislər səbr nümayiş etdirərək, onların provokasiyasına getmədilər. Bir dəstə qadını başına yığıb piket keçirtmək, yaxud  da, qarşılıq yaratmaq nə deməkdir?! Bunların hamısı təxribata hesablanmış məsələlərdir”.

YAP rəsmisi  piket təşkilatçılarının aksiyada iştirak etməməsinə də münasibət bildirib:

“Piketin təşkilatçıları olan Milli Şura və  AXCP-nin rəhbərliyindəki Əli Kərimli,  Cəmil Həsənli və digərləri seyrçi mövqe tutub aksiyaya gəlmədilər. O adamları təxribat törətməyə göndərmişdilər ki,  polis tərəfindən saxlanılsınlar və bunlar da bəyanat yaysınlar. Hətta piketin özündə Paşinyana haqq qazandırırdılar.

Bu gün Əli Kərimli Cəmil Hədənli Paşinyana Elçibəydən daha çox xidmət göstərirlər. Vaxtında Elçibəyə Paşinyana göstərdikləri xidmətdən göstərsəydilər,  bilmək olmazdı, bu məsələlərin axırı necə olacaqdı! Azərbaycanda Paşinyanın nümayəndəsi, bəlkə də səfiri  kimi çıxış edirlər. Bunların xisləti və əməlləri budur”.

Qeyd edək ki, dünən  Milli Şura piket keçirib.

Piket saat  15:00-dan 16:00-dək meriyanın inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə baş tutub.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eighteen − 15 =