SON DƏQİQƏ: İki hərbçimiz minaya düşdü

0

İtkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı baş verən mina partlayışında iki hərbçimiz xəsarət alıb.

Bu barədə Millixəbər.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçularımızın Suqovuşan yaşayış məntəqəsi istiqamətində aprelin 6-sı günorta saatlarında keçirilən axtarışları zamanı düşmən tərəfindən basdırılmış piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər Əliyev Pünhan Şaban oğlu və əsgər Bəxtiyar İlqaroğlu xəsarət alıb, həyatları üçün təhlükə yoxdur”, – deyə məlumata qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

5 × one =