Sona Əliyeva:Qadınların təbii və qazanılmış hüquqlarının pozulmasına səssiz qalmayın!

0

Dünən Bakının Biləcəri qəsəbəsində növbəti dəfə ailə-məişət münaqişəsi zəminində qadın qətlə yetirilib. Həm də övladının gözlri qarşısında…

Bir neçə ay bundan qabaq Türkiyədə də məhz belə bir hadisə olmuşdu. 12 yaşlı qızının gözünün qarşısında anası atası tərəfindən qətlə yetirilmişdi. Bu kadrları da Azərbaycanda kiçikdən böyüyə bəlkə hamı izləmişdi, hətta instaqramda həştəqlər paylaşmışdılar.

#EmineBulutiçinsusma deyə…Eminə Bulutun o kadrlarda dayanmadan təkrarladığı söz vardı: Ölmə anne…

Türkiyə mediası, vətəndaş cəmiyyəti, ictimai xadimlər və məşhurlar bu məsələyə ciddi reaksiya verdilər, hətta qadın qarşı şiddətə diqqət çəkmək üçün Eminə Bulut adına konsertlər verdilər, reablitasiyasını üzəri götürdülər vəs. Bəs, biz?

Nə etdik bu günə qədər? Niyə susuruq? Doğrudanmı qadınların ikinci sort insan kimi qəbullandığımızı Allahdan gələn vəhy kimi qəbul edirik?

Həqiqətənmi, elə biz qadınların da “günah öləndədir” düşüncəsi beynimizin ən alt qatlarına çöküb?

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sona Əliyeva deyib.

“İnanmıram, bu biz deyilik, ya da olmamalıyıq…

Axı, bizim qadınımız həmişə baş tacı, namus qeyrət daşıyıcısı olub, qan barışdırıb, sülh,əmin amanlıq yaradıb, hörmətli, dəyərli olub. Mən çox kədərliyəm və daha susmaq istəmirəm, qadınların övladlarının gözü qarşısında öldürülməsini və bir ömür atasına nifrətlə kimsəsiz yaşamasını istəmirəm.

Bu gün bu kimi hadisələrin cəmiyyətdə baş alıb getdiyini, aqresiyaların gün gündən alovlandığının üzüntüsünü yaşayıram…

 

Siz də susmayın, qadınların təbii və qazanılmış hüquqlarının pozulmasına səssiz qalmayın, Leyla və onun timsalında qadınların insanlığa sığmayan vəhşiliklərin qurbanı olmasına yol verməyin.

Cəmiyyət olaraq, vətəndaş olaraq və sadəcə insan olaraq bu kimi hadisələrə biganə qalmayın!”-deyən millət vəkili bildirib ki, heç bir arqument, fakt ya da bəhanə insan ölümunə səbəb ola və ya haqq qazandıra bilməz!

“Sonda mediaya, vətəndaş cəmiyyətinə və ictimai-siyasi xadimlərə səslənmək istəyirəm, sadəcə vicdanınızın səsiylə bu hadisələrə diqqətsiz qalmayın!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

9 + six =