“Soyuğun günündə qazsız qalmışıq” – Tolik Azəriqazı ittiham etdi – VİDEO

0

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) “Azəriqaz” İstehsalat Birliyindən gileylənib.

Millixəbər.az axşam.az-a istinadən məlumatına görə, bu haqda İnstaqramda paylaşım edən Tolik bildirib ki, yaşadığı binada qaz gəlmir:

“Səsim tutulub. Bir-iki gün də belə getsə, yəqin efirə çıxmaram. Evim buzxanadır. Qaz yoxdur. İki kondisioner işləyir. Mən də insanam. Soyuqdan yata bilmirəm. Yatıram, səhər oyanıram. Belə səslə tamaşaçıların qarşısına da çıxmaq olmur. Xahiş edirəm ki, imkan daxilində binamıza qazı tez verin. Məcbur olub yenidən Xırdalana köçəcəm. Çünki orada qaz var.
Vallah artıq soyuqdan bilmirəm nə edim. Əslində binamızda hər şey yaxşıdır. Qazın da xəttini çəkiblər. Amma mən indi hardan gedim 205 mənzilin sahibini tapım ki, hamısı sayğac alıb qoysun, qaz çəkilsin. Binada 100-ə yaxın ailə var, soyuqda qazsız qalmışıq. Digərləri də ev alıb, amma yaşamır. Mən camaatı necə məcbur edim ki, gəl, sayğac al qoy. Bu nə qanundur “Azəriqaz” çıxarıb? Yaşayışı olanlara qaz ver, olmayanlar yox. Mən neçə il gözləyim ki, binaya hamı köçsün?”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

two + 10 =