Spiker: “Cılız münasibətlərlə Rusiya-Azərbaycan əlaqələrini pozmaq mümkün deyil”

0

“Zatulun Rusiya Dövlət Dumasınınü üzvü olmadığı zamanda da Azərbaycanın düşməni olub. O erməni diasporunun dəstəyi ilə Rusiya Dövlət Dümasına üzv seçilib”. Millixəbər.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, Zatulin MDB-nin adına institut yaratmışdı ki, həmin institut erməni diasporu tərəfindən maliyyələşirdi: “Mən həmin siyahıya baxanda burada ruslardan başqa bütün Rusiyada olan erməni mənşəli adamların adını gördüm. Lazerevin özü də ermənidir. Məsələ bizə aydındır”.

Spiker qeyd edib ki, belə cılız münasibətlərlə Rusiya Azərbaycan əlaqələrini pozmaq mümkün deyil: “Mən Rusiya Dövlət Dumasının sədri Volodinə məktub yazmışam. Yəqin ki, bir ölçü götürüləcək”. (SİA.az)

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

20 − nineteen =