Stadionu mühafizə edən polis əməkdaşını oyundan sonra maşın vurdu

0

Nərimanov rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Millixəbər.az oxu.az- a istinadən  xəbər verir ki, minik avtomobili metronun “Gənclik” stansiyasının yaxınlığında Çevik Polis Alayının əməkdaşı, 1987-ci il təvəllüdlü Ağayev Vüsal Elsevər oğlunu vuraraq qaçıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, xəsarət alan polis işçisi UEFA Avropa Liqasının “Qarabağ” – “Sevilya” oyunu keçirilən Tofiq Bəhramov adına stadiona mühafizəni gücləndirməyə cəlb olunubmuş.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

4 × three =