Təcrübəli ginekoloqdan hamilə qadınlara QRİP və QİDALANMA ilə bağlı MƏSLƏHƏT

0

“Həkimlə biz” rubrikasının bu dəfəki siması cərrah-mama ginekoloq, sekspatoloq Zərifə xanım Babayevadır.

 

– Zərifə xanım, zəhmət olmasa özünüz haqqında qısa məlumat verin izləyicilərimizə, daha sonra suallarımıza aydınlıq gətirin.

– Bakı şəhərində həkim ailəsində doğulmuşam. Səkkizinci sinifdə oxuduğum zamanlarda artıq həkim, xüsusilə də mama-ginekoloq olmağı qərara aldım Orta məktəbi qızıl medalla bitirib, 1966-cı ildə Azərbaycan Tibb universitetinə qəbul oldum. Dördüncü kursda oxuyarkən elmi işlər yazırdım. Hələ o zamanlardan seçdiyim sənətin  dərinliklərini öyrənmək istəyirdim və təhsilimi davam etdirə-etdirə o zamanlar fəaliyyət göstərən Əzizbəyov adına doğum evində gecə növbəsində işləməyə başladım. Ali məktəbi də qırmızı diplomla bitirdim. Sonra müxtəlif yerlərdə işimi davam etdirdim. 1979-cu ilin mart ayında Nizami rayonunda 7 saylı doğum evi açıldı. 1981-ci ildən mən də 7 saylı doğum evində işləməyə başladım. Ümumilikdə 49 ildir ki, mama-ginekoloq olaraq çalışıram.

– Zərifə xanım, artıq qanunlarımızda da var ki, ailə qurmazdan öncə müayinə olunmalıdır. Sizin uzun illərin təcrübəli həkimi olaraq nə kimi məsləhətləriniz var yeni ailə quran gənclərə?

– Çox doğru buyurdunuz. Mən özüm də anayam, qaynanayam. Bütün analara tövsiyyə edərdim ki, övladlarını sağlam  böyütsünlər, vaxtında  müayinə etdirsinlər.  Toydan əvvəl aşkar olunan problemin qarşısını almaq mümkündür, həm də asandır. Sağlam uşaq sağlam canda yetişə bilər. Hamiləlikdən öncə müayinə olunub, aşkar olunmuş problemlər müalicə edildikdə hamiləlik də normal olur və uşaq da sağlam dünyaya gəlir. Planlaşdırılmış hamiləlik çox doğru olar xanımlar üçün.

– Doktor, hamiləlik dövründə qadınların qəbul etdiyi qidalar barədə nə məsləhət görürsünüz?

– Ümumiyyətlə hamilə qadınlarda qidanın korreksiyası çox vacibdir. Şəhərin ekologiyası o qədər uyğun olmasa da əsas odur ki, sağlam qidalar yetişdirən torpağımız var. Səhərdə yaşayanlar çox vaxt ayaqüstü yeməklərə üstünlük verirlər, şirniyyat qəbul edirlər. Lakin, regionlarımızda yetişən meyvə-tərəvəzlər ilə qidalanmah daha çox həm ana, həm də uşaq üçün xeyirlidir. Qan azlığı olan hamilə qadınlarda oksigen çatışmazlığı olur. Nəzərə alınmalıdır ki, uşaq bətndə olan zaman ananın qanı ilə qidalanır. Ona görə uşaq üçün xeyirli olan bütün qidaları analar sevməyə məcburdur. Dönər və başqa ayaqüstü yeməklər ananın  özü üçün zərərlidir, nəyinki bətnindəki körpə üçün. Bütün bunlar ana üçün adi hal sayıla bilər, bətndə uşağa öz zərərli təsirini göstərir və uşaq hər hansı fəsadlar ilə böyüməyə başlayır. Eyni zamanda hamilə qadınlara şoraba, yaxud yağlı yeməklər ilə qidalanmaq düzgün deyil. Hamilə olan qadın ilk növbədə yaxşı həkimə müraciət etməlidir ki, düzgün məsləhət, düzgün müalicə qəbul etsinlər.

– Siz eyni zamanda sekspatoloqsunuz. Qurulan ailələrdə cinsi zəifliklər ilə bağlı hansı müalicə metodları tətbiq edirsiniz?

– İlk növbədə orta yaşlı analara məsləhət görürəm ki, övladları ilə tam açıq olsunlar. Yəni övlad səmimi olaraq öz valideynlərindən məsləhət ala bilsin. Həddən artıq qapalı saxlamaq tərbiyə növü deyil. Elmi nöqteyi nəzərdən doğru yolu göstərə bilsinlər. Bir də məsləhət görürəm ki, gəncləri öz sevdiyi insan ilə ailə qurmasına şərait yaratsınlar. Hətta məsləhət ilə evləndirsələr belə, onların bir-birini qəbul etməsi, sevməsi üçün onlara zaman versinlər. Bu cinsi münasibətlər üçün çox önəmlidir.

– Doktor cinsi yolla keçən infeksiyalar və spermada olan faiz azlıqları barədə nə deyə bilərsiniz?

– Cavanlar, xüsusilə də kişilər arasında  cinsi yaxınlıqlar çox erkən yaşda başlayır. Onlar ilə münasibət quranlar isə yüngül həyat yaşayan qadınlar olur əsasən. Yəni, onların vasitəsilə  cinsi infeksiyalara yoluxma halları tez-tez rast gəlinir. Bu viruslardan müalicə alaraq təmizləndiklərini düşünsələr də yanılırlar. Çünki, müvəqqəti sağalsalar da, daşıyıcı olaraq davam edirlər. Ailə qurduqdan sonra öz həyat yoldaşını yoluxdurur.  Qadın nə qədər müalicə olunsa da kişidə davam edir. Ona görə yaxşı olar ki, hər iki tərəf toydan əvvəl müayinə və müalicə olunsunlar. Spermaqramma deyilən analiz var kı, onu hətta qadın məsləhətxanalarında etdirmək mümkündür. O analiz nəticəsində gələcək təhlükəni əvvəlcədən bilib, qarşısını almaq mümkündür.

– Yəni hamilə qadınlar qadın məsləhətxanaları ilə mütəmadi əlaqədə olmalıdırlar?

– Bəli, qadın məsləhətxanaları ilkin olaraq hamiləlik haqqında məlumat toplayır,  orqanizmdə, yaxud döldəki hər hansı problemi aşkar edir. Aşkar olunan xəstəliklərin zamanında müalicəsinə kömək edir.

– Son aylar virus infeksiyaları çox aktivləşib. Bu infeksiyalardan qorunmaq üçün hamilə qadınlar nə etməlidir?

– Yəqin ki, siz qrip və bu kimi virusları nəzərdə  tutursunuz. Belə viruslar var, hansı ki, onlar hamilə qadınlarda daha çox özünü büruzə verir. Bundan əlavə bir neçə növ herpes xəstəliklər də var. Hansı ki, qadınlar bəzən hamilə olmazdan öncə də keçirir. Qrip kimi, səpgi kimi, dodaqda olan səpgi kimi və.sair keçirir və hiss etmir. Sonra həmin virusların daşıyıcısı olaraq həyatlarına davam edirlər və hamiləlik zamanı onlar aşkara çıxır. Ona görə sadə dildə desək boş qarına, yəni hamiləlikdən öncə müayinə olunub, lazımi tədbirləri görmək lazımdır. Bir də yaxşı olar ki, hamilə qadınlar cəmiyyət arasına çıxarkən infeksiyalardan qorunmaq üçün maskalardan istifadə etsinlər. Hamilə qadınlara qripdən xilas olmaq üçün burun damcıları, yaxud başqa vasitələrdən istifadə etmək olmaz. Fikrimin sonu olaraq xanımlarımıza da demək istəyirəm ki, bizim də çalışdığımız 7 saylı doğum evi və kollektivi onların xidmətindədir. Eyni zamanda mən Bülbül prospekti 41/44,Heydər Əliyev sarayının yanında yerləşən 1 saylı özəl tibb mərkəzində də çalışıram və orada da xanımları qəbul edirəm, məsləhətlər verirəm. Buyurub gələ bilərlər. Qoy övladlarımız sağlam və xoşbəxt olsunlar.

050-321-52-59

“Həkimlə Biz”

 Zamin Maarifoğlu, Jalə Asiman

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

15 − nine =