Tənzilə Rüstəmxanlı: “Biz Türkiyəyə ümid olmamalıyıq”

0

tena“Biz bilirik ki, ermənilər 2015-ci ilə ciddi şəkildə hazırlaşırlar. Türkiyədə baş nazir Əhməd Davudoğlunun baş müşaviri ermənidir. Ümumiyyətlə, qardaş ölkədə bir sıra çox mühüm postlarda ermənilər oturublar.  Bu zaman necə olmalı idi ki? Bəs biz nə etməliyik?”. Bu fikirləri SİA-ya açıqlamasında “Azəri-Türk Qadınları” İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib.

Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələyə münasibət bildirən T.Rüstəmxanlı qeyd edib ki, biz bu məsələdə Türkiyəyə ümid olmamalıyıq: “Türkiyə heç bir şey edə bilməyəck. Ümid özümüzədir. Bəs biz neyləməliyik ki, qardaş ölkədə ermənilərin hiylələrinin qarşısını alaq!? Biz bütün gücümüzü ortaya qoyaraq Türkiyədə ermənilərin əleyhinə böyük təbliğatlar aparamalıyıq, onları ifşa etməliyik. Onların işğal etdiyi torpaqlarda tökdüyü qanları, törətdiyi vəhşilikləri filmlər və başqa üsullarla Türkiyədə hər kəsə çatdırmalıyıq. Ermənilərin qarşısını almalıyıq. Bir sözlə, biz nə yolla olur olsun, Türkiyənin gündəmində oturmalıyıq”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

5 × 2 =