Bazar, Avqust 18, 2019
Ev XƏBƏR LENTİ GÜNDƏM Tahir Mirkişili: “İqtisadi inkişafın son məqsədi vətəndaşın daha yaxşı yaşamasını təmin etməkdir”...

Tahir Mirkişili: “İqtisadi inkişafın son məqsədi vətəndaşın daha yaxşı yaşamasını təmin etməkdir” – VİDEO

0

İqtisadi inkişafın son məqsədi vətəndaşın daha yaxşı yaşamasını təmin etməkdir.

Millixəbər.az xəbər verir ki, bunu Trend-ə “PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah” videolayihəsiçərçivəsində millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, əhaliyə bütün sahələrdə göstərilən xidmətlərin mənbəyində iqtisadiyyatın inkişafı dayanır:

“İqtisadiyyat inkişaf etməzsə, dövlət varlı olmazsa və gəlir mənbələri olmazsa, bu xidmətlərin təmin edilməsi kifayət qədər çətin olardı. Ona görə də iqtisadiyyatın inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli islahatlar Azərbaycanda əldə olunan yeni və əlavə gəlirlərin daha çox vətəndaşa istiqamətlənməsini təmin edir. Biz bunu müşahidə edirik”.

T.Mirkişili bildirib ki, bu il ümumi daxili məhsul, sənaye istehsalı, qeyri-neft sənayesində qeydə alınan artımlar dövlət başçısı tərəfindən həyata keçirilən iqtisadi islahatların real nəticələridir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

3 × 3 =