Tahir Rzayev: “Bələdiyyələrə bunu tapşırsaq da, öhdəsindən gələ bilməzlər” Açıqlama

0

Tahir“Bəzi xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da bələdiyyələrin avtobusu, eləcə də məktəblərinin olması üçün ilk növbədə bələdiyyələr təkmilləşməli, onların kadr potensialı, texniki vasitələri, eləcə də maliyyə vəsaitləri çox olmalıdır. Bütün bunlar olmadığı təqdirdə, nəqliyyat vasitələrinin idarə edilməsini bələdiyyələrə tapşırmaq xaosa səbəb ola bilər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

Onun sözlərinə görə, məktəblərin işi bələdiyyələrə tapşırılsa da, onlar bunun öhdəsindən gələ bilməzlər: “Bilirik ki, xarici ölkələrdə bu təcrübə var. Misal olaraq, qonşu ölkə olan Türkiyədə bələdiyyələr nəqliyyatın idarə olunmasında fəal iştirak edirlər. Hətta onların bir çox nəqliyyat vasitələri də var. Təbii ki, onlar da bu işə tədricən keçiblər. Hesab edirəm ki, Azərbaycanda bələdiyyələr inkişaf etdikcə və imkanları artdıqca mövcud məsələni həyata keçirə biləcəklər”.

“Onu da qeyd edim ki, “Təhsil haqqında” qanunumuzda da var ki, bələdiyyələr öz məktəblərini yarada bilərlər. Ümumilikdə götürsək, yuxarıda sadaladığımız səlahiyyətlər bələdiyyələrin ixtiyarına verilə bilməz, çünki onların bunu edəcək imkanları yoxdur. Azərbaycan günü-gündən inkişaf edir və bələdiyyələrə öhdəsindən gələ biləcək işləri tapşırmaq olar”- deyə, millət vəkili məsələ ilə bağlı fikirlərinə əlavə edib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

nine + 10 =