Talıb Tale evlənəcəyi xanımdan danışdı

0

“”Maşın Şou”dan sonra məşhurluğum iki qat artdı”

Millixəbər.az xəbər verir ki, bu sözləri Xanim.az-a “Tayson” filminin qala gecəsinə qatılan müğənni Talıb Tale bildirib:

“Bu qədər sevilməyimin və fanatlarımın çox olması çalışmağımda, işlərimi edərkən zövq almağımdan irəli gəlir. Şoudan sonra. Çox xanımlar yazıb hədiyyələr göndərib sevgilərini etiraf edirlər. Evimi çəkib göstərdilər o mənim uşaqlığımın keçdiyi evdir. İndi atam o evdə yaşayır. O evdə indi təmir işləri gedir. Deyə bilmədiyim məqamlar var”

 

Kimlərsə sizin evinizi görüb zəng edib ev bağışlamaq ya almaq istədimi” sualına isə Talıb Tale belə cavab verdi:

” Elə bir hal olmadı ki, kimsə zəng edib desin ki, sizə kimə kömək edim yaxud ev verim. Çox şükür özümüm evim var. İşimdə yolunda gedir. Lakin onu deyə bilərəm ki, atama maddi – mənəvi hər zaman yardım etmişəm.

 

Dost – tanış, ailəm evlənməyimi çox istəyirlər. Amma başım işə elə qarışıb ki, evlənməyi hələ düşünmürəm. Planlarımı həyata keçirdim. Qismət hansı xanımdırsa onunla həyatıma davam edəcəm. Rayona gedib – gəlmək mənə çətin olur.

 

İşlərim burda olduğu üçün mütəmadi olaraq atamgilə baş çəkə bilmirəm. Evləndikdən sonra atamı yanıma gətirəcəm”

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

16 + 1 =