Taliyə Paşayeva: Döyüşlərdə DÜNYA DÖVLƏTLƏRİ Azərbaycan xalqının əzmini, Ordusunun döyüş qabiliyyətini GÖRDÜ

0

Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər ordumuz qısa müddətdə gerçəkləşdirdi

Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın vuran ürəyi, incisi hesab olunan qədim Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Düşmənlə döyüşlərdə dünya dövlətləri Azərbaycan xalqının vətənpərvərlik əzmini, milli Ordusunun döyüş qabiliyyətini aydın gördü. Xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduq­larını döyüş meydanlarında bir daha sübuta yetirdilər.Bu fikirləri Millixəbər. az-a müsahibəsində Abşeron Rayon Novxanı Kənd 1 saylı Tam Orta məktəbin direktoru Taliyə Paşayeva deyib.

Taliyə xanım tarixi qələbə zəfəri ilə bağlı təsürratlarınızı bilmək istərdik?

Azərbaycan Ordusunun yüksək peşəkarlığı, döyüş əzmi haqqında qar­daş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dövlətimizin başçısını qələbə münasibətilə təbrik edərkən, deyib: “Sizin qələbəniz, bizim qələbəmizdir, – bu böyük zəfər münasibətilə təbrik edirik. Ali Baş Komandan olaraq, Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu nə edə bildiyini dosta, düşmənə nümayiş etdirdi, eyni zamanda, türkün gücünü də göstərdi. Bu prosesdə Sizin rəhbərliyinizlə qardaş Azərbaycan həm döyüş meydanında, həm də masada mövcudluğunu da göstərdi. Döyüş meydanında qələbələrinizə baxmayaraq, sülh yolu ilə, atəşkəs yolu ilə də bu münaqişənin həlli üçün böyük bir liderlik göstərdiniz.

Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.

Vətən müharibəsində vətənpərvərlik ruhunda məktəb olaraq hansı işlər görürdünüz?

44 günlük Vətən müharibəsi dövründə respubilkamızın bütün əraziləri ilə yanaşı Abşeron rayonu da milli vətənpərvər təşəbbüslər də fəal iştirak edirdi. Müharibə dövründə Novxanı Kənd 1 saylı Tam Orta məktəbin rəhbər və müəllim kollektivi olaraq qərara gəldik ki, öz şəxsi imkanlarımız daxilində Ali Baş Komandanın rəhbərliyi altında fədakarcasına çalışan müzəffər ordumuzun yanınında olaq.

Müharibə dövründə Abşeron Rayon İcra Hakimiyyəti başçısının və rayon təhsil şöbə rəhbərliyinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq ön cəbhədə xidmət göstərən əsgər və zabitlərimizə dəstək olmaq məqsədi ilə zəruri qida məhsulları, dərman preparatları, isti geyimlər təşkil edərək göndərirdik. Məktəbimizin müəllim kollektivi vətənpərliklə bağlı həyata keçirilən tədbirlərdə fəal iştirakına və uğurlu fəaliyyətənə görə Abşeron Rayon İcra Hakimiyyəti başçı hörmətli İradə xanım Gülməmmədova tərəfindən fəxri Fərmana layiq görüldü.

Məktəbimiz əfsanəvi kəşfiyyayçı, xalqımızın qəhrəman övladı Mehdi Hüseynzadənin adını daşıyır. Belə bir qəhrəmanının adını daşıyan məktəbdə təhsil alan şagirdlərin hər biri Mehdi Hüseynzadə kimi doğma vətənini sevən övladlardır. Şagirlərimizin hər biri Mehdini özünə örnək sayır, qürurla onu anırlar. Mehdi Hüseynzadə əzmində böyüyərək vətənə sədaqətlə xidmət edirlər. Məktəbimizdə əlamətdar tarixi günlərlə yanaşı Mehdi Hüseynzadənin həyat və fəaliyyətinə həsr edilən Yubley tədbirlərimizi təntənəli şəkildə qeyd edirik. Təssüflər olsun Cavid -19 pandemiya səbəbindən tədris prosesi dayanıb. Elə, bu səbəbdən məktəbdə tədbirlərin keçirilməsi mümkünsüz olub. İnşallah dünyanın bürüyən amansız koronavirus infeksiyası tezliklə bitər.

Əlamətdar tarixi günlərlə yanaşı Şəhid ailələri və Qazilərlə bağlı məktəbinizdə hansı tədbirələr həyata keçirilir?

Məkətəbin vətənpərvər müəllim heyətinin iştirakı ilə 44 günlük vətən müharibəsinin xalqımızın qələbəsi ilə bitdikdən sonra qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış şəhidlərimizi ehtiramla anaraq ailə üzvülərinə baş çəkirik.
Məktəbimizin müəllim və şagird kollektivi 44 günlük haqq savaşında Şəhid olmuş kənd sakinlərimiz Hüseynov Ceyhun Elşad oğlu, Quliyev Teymur Zamin oğlu ilə qurur duyaraq əziz xatirələrini ehtiramla yad edirlər. Eyni zamanda müəllim kollektivimiz məkətəbimizin məzunları olmuş Səlimzadə Toğrul Ələkbər oğlu, Əliyev Amil Faiq oğlu, Xudiyev Babək Zöhrab oğlu, Paşayev İbrahim Məmmədağa oğlu, Mikayılzadə Mikayıl Əliəsgər oğlu, Süleymanlı Qabil Faiq oğlu, Tağıyev Abbas Şahin oğlu, İsmayılzadə Kamran Rufan oğlu,
Ağadadaşov Xəyyam Əjdər oğlu, Abdullayev Gülağa Gülbala, Baxışəliyev İbrahim Nəsib oğlu kimi vətənə sədaqətlə xidmət etmiş Qazilərimizlə görüşərək diqqət qayğı ilə yanaşı mənəvi dəstək oluruq.

Qeyd edək ki, Novxanı Kənd 1 Saylı Tam Orta Məktəbində olarkən məktəbin direktoru Taliyə müəllimə ilə birlikdə məkəblə yaxından tanış olduq. Məktəbdə Mehdi Hüseynzadə muzeyi, Cümhuriyyət muzeyi tarixi eksponatlarla o qədər zəngindi ki, məktəb sanki muzeylər diyarını xatırladır. Məktəbdə sinif otaqlarında Şəhidlərin şəkili ilə yanaşı mətinlərlə yazılmış məlumat bukletləri sözün əsil mənasında burada vətənpərərliklə bağlı fəaliyyətin ən yüksək səviyyədə təşkil edilməsindən xəbər verir.

Millixəbər.az


ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × 1 =