Tanınmış jurnalist tələbələrlə görüşüb – Foto

0

“Lider” televiziyasında yayımlanan “Seçim” tok-şousunun aparıcısı, əməkdar jurnalist Mətanət Ağamirli Bakı Slavyan Universitetində (BSU) jurnalistika ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb.

Universitetdən Millixəbər.az-a  verilən məlumata görə, görüşdə BSU-nun jurnalistika kafedrasının müdiri, dosent Şəlalə Həsənova və kafedranın dosenti Mübariz Əhmədov iştirak ediblər.

Mətanət Ağamirli özünün jurnalistikaya həvəsi və hazırkı fəaliyyətindən geniş söz açıb, eləcə də tələbələrin suallarını cavablandırıb.

Televiziya jurnalistikasına qəzet jurnalistikasından gəlməyin vacib olduğunu deyən tanınmış aparıcı, jurnalistikanın çətin və məsuliyyətli peşə olduğunu bildirib. Mətanət Ağamirli əsl jurnalist adını almaq üçün çox böyük səylə çalışmaq, daim mütaliə etmək və bu peşəni sevərək işləməyin əsas şərtlərdən biri olduğunu tələbələrin diqqətinə çatdırıb.

2016-cı il noyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamla “əməkdar jurnalist” fəxri adı ilə təltif olunduğunu qeyd edən aparıcı-jurnalist, bunu dövlət tərəfindən onun əməyinə verilən ən böyük qiymət kimi dəyərləndirib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

two + 2 =