Tanınmış pediatr: Uşaq bezləri oğlanlar üçün tam ziyansızdır

0

Vaxtaşırı olaraq KİV-lərdə bezlərin uşaqların və xüsusilə oğlanların sağlamlığına olan mənfi təsiri haqqında məlumatlar yayılır.

Tanınmış ukraynalı pediatr, tibb elməli namizədi, çoxsaylı kitabların və televiziya verlişlərin müəllifi Evgeniy Komarovskinin fikrinə görə, uşaq bezləri tam ziyansız sayıla bilər. Bu həm qız, həm də oğlanlara aiddir. Saglamolun.az Komarovskinin saytına istinadla həkimin bu haqda bəzi fikirlərini sizə təqdim edir.

Pediatrın fikrinə görə, bezlərdən istifadə heç bir halda oğlanlarda sonsuzluğa səbəb ola bilməz. Bunun bir neçə səbəbi var. İlk növbədə spermatogenez prosesi yalnız 7 yaşdan sonra və hətta daha gec başlayır. Təbii ki, bu yaşlarda bezlərdən istifadə olunmur.

Bundan əlavə bezlərdə bədən temperaturu yalnız 1 dərəcə artır. Bu isə kişi cinsiyyət sistemində heç bir mənfi dəyişikliyə səbəb ola bilməz. Elmi araşdırmalar göstərib ki, belə dəyişikliklər kişi cinsiyyət orqanlarında hərarət 45 dərəcəyə (!) çatdıqda baş verməyə başlayır, spermatozoidlərin aktivliyi azalır. Lakin bu dəyişikliklər də müvəqqəti xarakter daşıyır.

Həkim bir misal da çəkib. Bəzən oğlan uş ağı doğulanda xayaları xayalıqda deyil, qarın boşluğunda olur və sonra cərrahi əməliyyat zamanı xayalar öz “qanuni” yerinə qaytarılır. Bu anadangəlmə patologiya “kriptorxizm” adlanır.  Bu əməliyyat uşağın 2 yaşına qədər icra olunduğu halda xayalarda heç bir dəyişiklik baş vermir və gələcəkdə bu uşaqda sonsuzluq inkişaf etmir. Komarovskiy qeyd edir ki, birdəfəlik bezlə müqayisədə qarın boşluğunda olan xayaların hərarəti normadan 5 dərəcə (!)çoxdur (bezlərdə 1 dərəcə). Lakin buna daxmayaraq 2 il ərzində xayalarda heç bir dəyişiklik baş vermir.

Pediatrın fikrinə görə, kişilər arasında sonsuzluğun artmasının səbəbi heç də birdəfəlik bezlərdə deyil, digər faktorlarda axtarmaq lazımdır. Onun fikrinə sonsuzluğun artmasının səbəbi azhərəkətli həyat tərzi, streslər, pis vərdişlər, dərmanların səbəbsiz qəbulu, düzgün olmayan qidalanmada axtarmaq lazımdır.

Millixəbər.az 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

five × four =