Teleaparıcı Fəxriyyə Lilpar: Cəkiliş zamanı yaşanan EKSTREMAL vəziyyətlər… -FOTOLAR

0
22 iyul jurnalistlərin peşə bayramıdır. Ömrünü bu peşəyə həsr edən və dövrün bəzi mövcud aktuallığını peşəsinə yansıtmayan tanınmış, peşəkar telejurnalist Fəxriyyə Lilpar (İsayeva) jurnalistikanın bu gününü Millixəbər.az-a müahibəsində belə, xarakterizə etdi…
İlk öncə sizi jurnalistlərin peşə bayramı münasibətilə təbrik edirik.
Həmkarlarızın fəaliyyətini necə dəyərləndirirsiniz?
– Təbii ki, siz də daxil olmaqla bütün əli qələm və mikrafon tutan həmkarlarımı bu məsuliyyətli işdə uğurlar diləyirəm və təbrik edirəm. Sözün əsl mənasinda bizim işimiz məsuliyyət tələb edir. Deyirlər, qlınc yarası sağalır, söz yarası yox. Bu həqiqət belədir. Bəlkə hansısa vəziyyəti, yaxud xəstəliyi müalicə etmək, prosedur qaydalarla düzəltmək olar. Amma sözün yaratdığı təsir bəzən qətiyyən silinmir, yaxud sağalmır. Bu mənada həmkarlarlma yalnız doğru yol və uğur diləyirəm.
-Uzun illərdir televiziya və radio sahəsindəsiniz. Hətta bildiyimiz qədər fəaliyyətinizin böyük bir hissəsi radioya həsr olunub. Bir jurnalist həm televiziya və həm də radioda necə olmalıdır?
– Bəli, elədir. Artıq uzun illər demək olar. Əslində Bütün sahələrin özünəməxsusluğu var. Televiziya və radionun da həmçinin. Mən həm də bir araşdırmaçı-jurnalist kimi müəyyən saytlarla da əməkdaşlıq edirəm. İstənilən halda insan bütün peşələrdə yalnız və yalnız səmimiyyətə köklənməlidir. Vəssalam… Səmimiyyət və sevgi bütün çətinliklərin açarıdır.
 -Aktiv həyatınız var. Tədbirlər, görüşlər və çəkilişlər. Bütün bunları günlük rejimə sığışdıra bilirsinizmi? Edirsinizsə necə edirsiniz?
– Bəli. Həyat rejimim aktivdir. Başqa cür təsəvvür belə edə bilmirəm. Yəqin ki, bu artiq bir xarakter işidir. Mənim istirahətin də aktiv növünə üstünlük verirəm. Çatdırmağa gəlincə iş rejiminin sərbəstliyi gündəlik rejimə hər şeyi sığışdırmağa imkan verir. Hətta şəxsi həyata da.
 -İndi artıq ənənə halını alıb. Bir sıra aparıcı və müğənnilər filmlərdə özlərini sınayırlar. Siz buna necə baxırsınız? Siz özünüz belə hansısa filmlərdə çəkilmisinizmi?
-Bu nəinki bizdə bütün dünyada təcrübədən keçmiş bir ənənədir. Bu da kapitalizmin hər bir sahədə olduğu kimi incəsənətə də diqtəsinin təsiridir. Yəni tamaşaçı marağını maddiyyata çevirmək. Auditoriyanı ələ almaq onlara öz qəhrəmanlarını müxtəlif rakursda göstərmək hər zaman olmasa da, amma çox zaman uğurlu nəticə göstərir. Ümumiyyətlə, düşünürəm ki, incəsənət işi diplom, təhsildən öncə yalnız istedad tələb edir. Hətta çox vaxt fizionomik görüntü belə çox söz deyir. Bu mənada alınan bütün uğurlu iş kimliyindən və harada olmasından asılı olmayaq alqışa layiqdir. Niyə də yox. Mənə gəlincə isə, bəli mən bir sıra filmlərdə rol almışam və çəkilmişəm də. Yalnız bu fəaliyyət göstərdiyim telekanallardan İTV və ATV-nin istehsalı olub. Və onu da deyim ki, hər iki rol komik obraz olub…
 
-Çox gülərüz xanımsız. Mən istərdim sizin görünməyən tərəfinizi oxuculara göstərim.
-Onun əksi…
  -Fəxriyə xanım üçün xoşbəxt insan kimdir?
  – Daxilən rahat olan insan hər zaman xoşbəxtdir. Cox vaxt deyirlər xoşbəxtlik an məsələsidir. Elə bu an da məhz rahat olduğumuz andır. Rahatlıq isə yeyib, gəzib, dincəlmək yox, ruh rahatlığıdır. Ruhun uçacaq qədər yüngül və azaddırsa bax hiss etdiyin xoşbəxtlik anı məhz o andır. Müddət isə insanın özündən asılıdır. Düşüncələrin qəti, məqsədin dəqiqdirsə, yəni nə istədiyini bilib öz yerindəsənsə demək ki, xoşbəxtsən.
– Fəxriyyə xanım ilk təhsiliniz tibb sahəsi olub. Jurnalistika sahəsinə gəlmənizi nə ilə izah edə bilərsiniz?
-Bəli, bizim ailə və nəsildə tibb sahələrinin mütəxəssisləri çoxdur. Buna da səbəb ana babamın peşəkar bir kimyaçı olmasıdır. Uzun illər məktəb direktoru işləyib. Qərbi Azərbaycanda ermənilərin içində bir azərbaycanlı kəndində məhz Azərbaycan dilində məktəbə ömrünün sonunadək rəhbərlik edib. Və onun dövründə coxsaylı kimyaçı və həkimlər yetişib. Biz də davamçılar olmuşuq. Digər tərəfdən ata nənəm isə bizim sevilən şair Səməd Vurğunun nəslindən Vəkilovlardandır. Mən də isə yəqin ki, hər iki şəcərənin birləşməsi var. Nəzərə alsaq ki, jurnalistikanın banisi Həsən bəy Zərdabi də ixtisasca bioloq olub demək ki, bu o qədər də önəm daşımır.
– Müsahib olmaq asandır, yoxsa müsahib danışdırmaq?
 -Bu asılıdır vəziyyətdən. Qarşı tərəfin sənə nə ötürməsi daha vacibdir. Bayaq səmimiyyətdən danışdıq. Əgər hər iki tərəfdə səmimiyyət olacaqsa hər ikisi asandır. Yox əgər qarşı tərəfin birində bu əksiklik varsa ancaq iş xatirinə yolavermə olacaq. Bu isə daha cətindir. Amma mənə gəlincə müsahib olmaq daha məsuliyyətlidir.
-Olubmu verliş hazırlanıb, son anda qonağınız zəng eləsin ki, xahiş edirəm, mənimlə bağlı olan verlişi efirə verməyin!?
 -Qətiyyən. Əksinə…
  – Bəzən aparıcılar dəvət etdikləri qonağın sözünü kəsir, onları müəyyən çətin vəziyyətə salırlar. Necə düşünürsünüz bu nə dərəcədə doğrudur?
– Mən yenə qeyd edirəm bir sıra ənənələr var ki, bütün dünyada belədir. Bizdə də dünya təcrübəsindən yararlanırlar. Bu da yenə reytinq və buna xidmət edən maddiyyata əsaslanır. Sadəcə ifrat və milli mental dəyərlər bizdə bunu həzm etməyə mane olur. Ona görə istənilən yenilik filtrdən keçib təqdim olunmalıdır.
  – Verlişinizin reytinqindən razısınızmı?
– Mənim Lider tv – də yayımlanan müəllif və aparıcısı olduğum “Xəzərin sahilində” verilişi və bu qəbildən olan bütün verilişlər heç bir zaman və heç bir yerdə reytinqə hesablanmır. Mən bu layihəyə başlayanda bilirdim nəyə gedirəm və məni nə gözləyir. Buna rəğmən bu gün də fikrim dəyişmir. Hətta sizə bir sirr açım. İzləyən tamaşalar bu verilişdə qonaqların kim olduqlarını yaxşı bilirlər. Çox olub ki, çəkiliş zamanı bir sıra ekstremal vəziyyətlər, o cümlədən qonaqların xüsusi, özəl vəziyyətləri yaşanıb. Hansı ki, onunla hədsiz yüksək reytinq qazanmaq və trende düşmək olar. Amma mən tez anındaca o vəziyyətləri ümumiyyətlə arxivdən də sildirirəm ki, bizdən başqa kiminsə əlinə də düşməsin. Mənim üçün insan meyarları çox vacibdir. kimliyindən və mövqeyindən asılı olmayaraq kimsə özünü sənə etibar edirsə hec bir formada bundan istifadə etmək qətiyyən olmaz. Bu mənim üçün silinməz və dəyişməz qanundur.
– İnsandan danışdıq. İnsanda ən çox dəyərləndirdiyiniz xüsusiyyət nədir?
– Sədaqət…
Maraqlı müsahibəyə görə təşəkkür edirik!

 

 Millixəbər.az Jalə Asiman

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

fifteen − 12 =