Tibbi əlcəklər bizi virusdan qoruyurmu? MÜTƏXƏSSİS RƏYİ-ÖZƏL

0

“Sağlam insan koronavirusa yoluxan insanla 1-2 metrdən az məsafədə ən azı 15 dəqiqə təmasda olduğu zaman virusa yoluxa bilər. Hətta xəstə insan sağlam şəxsə toxunduğu zaman əgər asqırıb, öskürmürsə, ondan heç bir aerozol ifraz olunmursa bu zaman yoluxma mümkün deyil”. Millixəbər.az xəbər verir ki,bunu SİA-ya açıqlamasında həkim infeksionist Vüsalə Yaşar deyib.

O bildirib ki, bu cür viruslar havadan asılı qalmır, qısa zamanda səthlərə çökür və 1-2 metrdən uzaq məsafəyə gedə bilmir: ” Məhz ona görə də verilən tövsiyələrdə insanların bir-birilərindən 1-2 metr aralı durması vacib sayılır. Çünki asqıran və ya öskürən insan sizdən bu qədər məsafədə aralı olarsa, o zaman virusa yoluxma halı baş verə bilməz”.

Həkim söyləyib ki, ölkəmizdə həyata keçirilən izolyasiya tədbirlərinin, evdə qalmaqla bağlı verilən tapşırıqların əsas məqsədi insanların bir –birindən uzaq məsafədə olmasıdır: ” Düzdür, mütəxəssislər tərəfindən əllərin tez-tez yuyulmasl, dezinfeksiyaedici məhlullardan istifadə edilməsi ilə bağlı tövsiyələr verilsə də, bəzən çöl şəraitində bunu etmək mümkün olmur. Ona görə də, virusdan qorunmağın ən yaxşı yolu məhz evdə qalıb, insanlarla məsafədə olmaqdır”.

V. Yaşar qeyd edib ki, koronavirus əsasən insanların tənəffüs yollarına uyğunlaşan infeksiyadır: “Bu virus nə mədəmizə, nə boğazımıza, nə də qaraciyərimizə gedə bilməz. Çünki onun quruluşu bu orqanizmlərə uyğun deyil. Bu baxımdan soğan, sarımsaq yemək, bol isti su, çay içmək kimi fərziyələrin heç bir elmi əsası yoxdur.Bu vasitələrdən həddindən artıq istifadə etmək mədə xəstəliklərinə səbəb ola bilər. Hətta bəzi insanların perekes vasitəsindən yaxalayıcı kimi istifadə etməsi çox yanlışdır, əksinə bununla selikli qişanı daha da qıcıqlandıra bilərik. Spirtdən belə çox istifadə dərimizdə problemlərə gətirib çıxara bilər. Ona görə də biz hər hansı məhsullardan bol istifadə ilə deyil, özümüzü izolyasiya etməklə, ətrafdan təcrid olunmaqla özümüzü qoruya bilərik”.

Mütəxəssis vurğulayıb ki, xəstəlikdən qorunmaq üçün tibbi maskalardan da düzgün istifadə etmək çox önəmlidir: “Tibbi maska taxdığımız zamanı ona toxunmaq, cibə qoyub yenidən istifadə etməklə özümüzü qorumaq deyil, əksinə yoluxdura bilərik. Tibbi maskalardan əsasən ictimai nəqliyyata daxil olarkən taxmalı, tutacaqlardan tutarkən salfetlərdən istifadə etməliyik. Nəqliyyatdan düşərkən onları atmaq mütləqdir. Hazıki məqamda rezin əlçəklərdən istifadə etmək çox yanlışdır. Tibbi əlcəklər yalnız tibb personalı üçündür. Onlardan mütəmadı olaraq istifadə etmək olmaz. Əlcəklərin üzərində virus 8 saat qala bilir. Xüsusilə də satıcıların ondan istifadə etməsi düzgün deyil. Yaxşı olar ki, satıcılar rezin əlcəklərdən istifadə deyil, tez-tez əllərini antiseptik məhsullarla təmizləsinlər. Belə əlcəklərlə virusu daha da yaya bilərik”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

20 + 1 =