Türk ordusunun regionda olması yeganə imkandır-İbrahim Qalın

0

Türkiyə hərbçilərinin İdlibdə olması bu regionda hərbi əməliyyatların qarşısının alınması üçün yeganə imkandır.

Axar.az xəbər verir ki, bu sözlər Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalının “Deyli Sabah” qəzetində dərc olunan məqaləsində yer alıb.

“İdlib Astana razılaşması çərçivəsində deeskalasiya zonasıdır. Türkiyə, Rusiya və İran kimi zəmanətçi ölkələr burada müşahidə məntəqələri yaradıb ki, bunun da 12-si Türkiyəyə aiddir. Türk ordusunun regionda olması İdlibdə əməliyyatın qarşısının alınması üçün yeganə imkandır. Belə ki, Rusiya Hərbi Kosmik Qüvvələri və Əsəd rejiminin qüvvələri türk ordusu olduqca hücuma keçməyəcək.

İdlibə qarşı terrorçuların ləğvi adı altında təşkil ediləcək istənilən hücum Astana prosesini dağıdacaq. Bu, Türkiyəyə, oradan da Avropaya miqrasiya dalğasını artıracaq”, – deyə o bildirib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

1 × three =