Türkiyə xüsusi təyinatlılarının Qarabağa hücum etməsinə kim icazə verməyib? – SİRLƏR AÇILIR

0

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun “Vaxtında lazımı gücə malik olsaydı, Türkiyə Azərbaycan torpaqlarının işğalına imkan verməzdi” bəyanatı siyasi dairələrdə müzakirə mövzusu olub. Əslində, çox az adam xatırlayır ki, 90-cı illərdə I Qarabağ müharibəsi zamanı Türkiyə Azərbaycana lazımi dəstəyi vermədi. Əksinə, Qərbdə erməni diasporunun Ermənistana yardımı üçün dəhliz açdı və nəticədə işğalçı ölkə güclənərək, 1993-cü ildə Qarabağda yeni hücuma keçdi. Sonradan Türkiyə işğal faktına görə Ermənistanla sərhədləri bağladı. Bu gün Türkiyə hökuməti sələflərinin bu səhvlərinə görə peşmançılıq keçirir.. Və Çavuşoğlu bir daha bəyan edir ki, “Ankara həmişə Bakını dəstəkləyib və bu dəstək bundan sonra da davam edəcək”.

Millixəbər.az Publika.az-a istinadən xəbər verir ki, Rusiyanın Şərqşünaslıq İnstitutunun elmi rəhbəri, siyasi ekspert Səid Qafurov I Qarabağ savaşında Türkiyənin Azərbaycana dəstək verməməsinin səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, Çavuşoğlunun bu bəyanatı əslində Qərbə informasiya hücumudur.

“I Qarabağ müharibəsindəki vəziyyətə gəlincə, o vaxt Bakıda indiki mükəmməl siyasi rəhbərlik yox idi. O vaxtı Türkiyə də indiki Türkiyədən çox fərqlənirdi. O vaxt Türkiyədə kamalistlər hakimiyyətdə idi. Bakı ilə Ankara indi yaxşı münasibətlərə malik olsa da, o vaxt belə münasibət yox idi. Həmçinin, dini səbəblər də bu münasibətlərə mənfi təsir göstərirdi. Türkiyədə sünni, Azərbaycanda şiə məzhəbi üstünlük təşkil edirdi. Azərbaycan Konstitusiyasına türkçülüyü daxil edəndə bu, Türkiyə hakimiyyətinin xoşuna gəlmədi. Türkiyə ordusunda və xüsusi xidmət orqanlarındakı bir qrup pantürk general Qarabağa xüsusi təyinatlılardan ibarət qoşun göndərmək istəyirdi. Lakin Türkiyənin kamalist rəhbərliyi müharibəyə qoşulmaq istəmədi”, – deyə o bildirib.

Səid Qafurov həmin vaxt MDB birləşdirilmiş güclərinin baş komandanı marşal Yevgeni Şapoşnikovun Türkiyənin müdaxiləsini “III Dünya müharibəsinin başlamasına səbəb olacağına” dair hədələrini xatırladıb və qeyd edib ki, Rusiya Türkiyənin Ermənistana müdaxiləsini NATO-nun müdaxiləsi olaraq qəbul edirdi: “Türkiyənin müdaxiləsi geosiyasi səbəblərdən, yəni Rusiya-NATO münasibətlərinə görə də mümkün deyildi. Rusiyanın xarici siyasəti ABŞ tərəfindən sıxışdırılırdı. O vaxt NATO rəhbərliyi ilə Ankaranın münasibətləri də tamamilə başqa idi. Kamalistlər Vaşinqtonun və Strasburqun “marionetkası” idilər. Onda amerikalılar dünyanın sahibi idilər və onlar Şərqi Avropanı “həzm etmək”lə məşğul idilər. Cənubi Qafqazda kəskin münaqişə lazım deyildi. Ona görə də türklərə icazə vermədilər. Vaşinqtonda da erməni lobbisi çox güclü idi”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three × 5 =