UEFA Bakı Olimpiya Stadionuna ən yüksək qiyməti verdi

0

Bakı Olimpiya Stadionunda təşkil olunacaq Avropa Liqasının final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər.

 AFFA-nın saytında verilən məlumata görə, mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə – 5 ulduzla qiymətləndiriblər.

Xatırladaq ki, mayın 29-da İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında UEFA Avropa Liqasının final oyunu saat 23:00-da başlayacaq.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × 4 =