Ulu öndərin anadan olmasının 92-ci il dönümü Yardımlıda təntənəli surətdə qeyd edilib+fotolar

0

 

yard;mmMillixəbər.az-ın məlumatına görə Ulu öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 92-ci il dönümü Yardımlı şəhərində də təntənəli surətdə qeyd edilib.

Tədbirdə Yardımlı şəhər icra başçısı  Sevindik Hətəmov , icra başçısının müavinləri  Mahir Mirzəyev, Azər Xamıyev, Əfsanə Məmmədova ictimayyətinin nümayəndələri, rayon sakinləri iştirak edirdi. Tədbiri giriş sözü ilə  Yardımlı şəhər mədəniyyət sarayının nümayəndəsi Gündüz Manafov açdı. O, Alman Faşizminin üzərində qələbənin 70- ci ildönümü  münasibəti ilə hər bir Azərbaycan  vətəndaşını səmimi qəlbdən təbrik etdi.

Deyirlər ki, insan yaranmışların ən kamilidir. Bəs bu kamilliyin hüdudlarını ölçmək mümkündürmü? Heydər Əliyev dühası gözlərimiz qarşısında zirvələrin görünməz qatına doğru uçalır. Bu zirvənin hansı ucalıqda olduğunu kim söyləyə bilər ? Təbii ki,  heç kim. O , hamı kimi doğuldu, hamı kimi yaşamadı, heç nəyə gecikmədi, heç bir işdə tələsmədi. Yaşının müdrik çağında bu həqiqəti aşağıdakı kəlamı ilə möhürlədi.  Həyatda hər kəsin öz yeri var, heç kəs kiminsə yerini tutmur. Heydər Əliyev şəxsiyyəti əvəzolunmazdır, onun xalqı və dövləti üçün görülən işləri göz önündədir. Onun qurduğu sağlam siyasətin nəticəsidir ki, bu gün Azərbaycan günü-gündən çiçəklənir.Azərbaycan xalqı zəngin və şərəfli  qəhrəmanlıqlarla dolu bir xatirəyə malikdir.

Ötən əsirlərdən bu xalq bəşəriyyətə dahilər bəxş etmişdir. Nə dahilər ki, onların adları tarixin kitabında qızıl həriflərlə həkk edilmişdir.  Heykəlləşdi nağıl oldu, nəğmə oldu bu gün onun haqqında onun bizə qoyduğu  müstəqil Azərbaycan haqqında nəğmələr söyləndi. Yardımlı şəhəri Mədəniyyət sarayının Bədii özfəaliyyət kollektivinin ifasında  müğənnilər Canağa Hadıyev, Rəvan Qəmbərov, Bakıdan tədbirə  qatılan ifaçılardansa Ehtiram Hüseynov İsmayıl Rəcəbov, Nahidə, Mehriban Gülər , Sevda Şirvanlı və başqaları iştirak edirdilər, tədbirin hazırlanmasında əməyi olan Mədəniyyət evinin direktoru Nəvai Abıyev, aparıcı Gündüz Manafovun əməyi danılmazdır. Tədbirin sonunda RİH-in başçısı Sevindik Hətəmov incəsənət xadimlərini müxtəlif fəxrifərmanlarla təltif etdib. Musiqili, əyləncəli bayram konserti sona çatlb.

Almaz Əhmədova

klompaz

tete

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

1 × three =